Icma.az
close
up
RU
Londonla Moskva arasında diplomatik qalmaqal yaşanır

Londonla Moskva arasında diplomatik qalmaqal yaşanır

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az Almaniyanın “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, Moskvada “Britaniya diplomatlarını sıxışdırmaq üçün getdikcə daha aqressiv və əlaqələndirilmiş kampaniyaya” etiraz etmək üçün Böyük Britaniyanın Xarici İşlər nazirliyi Rusiyanın bu ölkədəki səfiri Andrey Kelini çağırıb.
Nazirliyin yüksək vəzifəli rəsmisi Rusiya diplomatik missiyasının rəhbərinə açıq şəkildə bildirib ki, London Britaniya səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin hədələnməsinə dözməyəcək. Buna görə də rus diplomata və diplomatın həyat yoldaşına qarşı “təcili cavab tədbirləri” görür.
“Rusiyanın bu həftə Britaniya diplomatını və diplomatın həyat yoldaşını ölkədən çıxarması növbəti eskalasiyadır. Rusiyanın ittihamları tamamilə yalandır və Britaniya diplomatlarına qarşı artan təqiblərə haqq qazandırmaq üçün uydurulub. Rusiyanın düşdüyü dərinliyi isə ancaq güc yolu ilə aşmaq olar”, - Böyük Britaniya XİN-i bəyan edib.
Xatırladaq ki, martın 10-da Rusiya mediası Moskvanın Böyük Britaniya diplomatik missiyasının iki nümayəndəsini ölkədən çıxarmaq barədə qərar verdiyini yazıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) “Rusiyanın təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat əməllərində” , habelə Rusiyaya daxil olmaq üçün icazə alarkən qəsdən yalan məlumat verməkdə günahlandırıb. Akkreditasiyadan məhrum edilən təqsirkarlar iki həftə ərzində Rusiyadan çıxmalıdırlar. London, öz növbəsində, bu ittihamları rədd edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see124

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see124

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri