Icma.az
close
up
RU
Londonun tarixi “Mansion House” binasında Novruz qeyd olunub

Londonun tarixi “Mansion House” binasında Novruz qeyd olunub

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il Novruz Britaniyaya erkən gəlib. Belə ki, martın 5-də Londonun maliyyə mərkəzi  sayılan “City of London”un tarixi “Mansion House” binasında möhtəşəm Novruz bayramı tədbiri keçirilib. 

Bu barədə Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri, Fəridə Pənahova XQ-yə məlumat verib. Məlumata görə,  bayram gecəsi Böyük Britaniyanın qabaqcıl fintek şirkətlərindən biri olan və azərbaycanlı sahibkar Orxan Nəsibov tərəfindən təsis edilən “Guavapay”in təşkilatçılığı ilə baş tutub. "City of London"-un 696-cı Lord Meri Alastair Kinqin dəstəyi və iştirakı ilə keçirilən bu təntənəli tədbir Novruzun zəngin mədəni irsini, sülh və birlik dəyərlərini əks etdirib. 

Gecədə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyə, Özbəkistan və Qırğızıstanın Londondakı səfirləri, Britaniya parlamentinin üzvləri, eləcə də biznes və maliyyə sahəsində nüfuzlu şəxslər, diaspor nümayəndələri və ölkənin öndə olan universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Lord Alastair Kinq çıxışında Novruzun insanları bir araya gətirən dəyərlərini vurğulayaraq, bu bayramın multikultural dəyərlərin və dostluğun simvolu olduğunu qeyd edib. O, eyni zamanda “Guavapay”in Londondakı sürətlə inkişaf edən fintek sektoruna verdiyi töhfələri yüksək qiymətləndirərək belə beynəlxalq təşəbbüslərin şəhərin iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Lord Alastair Kinq, həmçinin qeyd edib ki, bu tədbir “Mansion House”-da Azərbaycanla bağlı ilk tədbiridir.

“Guavapay” Qrupunun icraçı direktoru Elxan Nəsibov çıxışında Novruzun yenilənmə və inkişaf ruhunun biznes və texnologiya sahələrində də öz əksini tapdığını bildirib. O, “Guavapay”in 8 il əvvəl Orxan Nəsibov tərəfindən Londonda təsis edildiyini və bu illər ərzində beynəlxalq maliyyə texnologiyalarında mühüm körpü rolunu oynadığını vurğulayıb.

Çıxışlar zamanı qeyd olundu ki, tədbirin məqsədi Novruzu təkcə baharın müjdəçisi kimi deyil, həm də xalqları, mədəniyyətləri, qitələri birləşdirən bir körpü kimi dəyərləndirmək və yeni qarşılıqlı əməkdaşlıqların bünövrəsini qoyan dostluq platforması yaratmaqdır.
Qonaqlar üçün bayramın rəmzi olan ləziz Azərbaycan şirniyyatları təqdim edilib, Novruzun ruhu zəngin musiqi proqramının ahəngi ilə canlanıb, bayram ovqatına xüsusi bir rəng qatıb.

Tədbirdə Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri, Azərbaycanın əməkdar artisti, virtuoz skripkaçı Ceyla Seyidova və istedadlı kamança ustası Rasim Fərziyev möhtəşəm çıxışları ilə yadda qalıblar. 

Bu tədbir Azərbaycan və Böyük Britaniya arasında mədəni və iqtisadi əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verən əlamətdar bir hadisə kimi yadda qalıb.

Qeyd edək ki, tədbirin keçirildiyi “City of London” - Londonun maliyyə mərkəzidir və təxminən 2,9 kvadrat kilometr sahəni əhatə edir. Bura qlobal maliyyə arenasında böyük təsirə malik sıx bir ərazidir. Ölçüsünə baxmayaraq, bu tarixi bölgə İngiltərə Bankı və London Fond Birjası kimi əsas institutların mərkəzi olub, dünyanın ən nüfuzlu maliyyə mərkəzlərindən biri kimi son dərəcə əhəmiyyətlidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri