Icma.az
close
up
RU
Londonun Brüsselə doğru dönüşü

Londonun Brüsselə doğru dönüşü

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropada yeni təhlükəsizlik arxitekturası axtarışı

Böyük Britaniya və Avropa İttifaqı “boşanma”dan 5 il sonra ilk dəfə olaraq bir-birinə doğru real addım atıblar. Aylarla davam edən danışıqlardan sonra tərəflər sərhəddəki bəzi maneələrin aradan qaldırılması və təhlükəsizlik-müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması ilə razılığa gəliblər. Londonda keçirilən ilk birgə sammit siyasətçilər və ekspertlər tərəfindən “tarixi” olaraq qiymətləndirilir.

Britaniya ilə Brüssel arasında təhlükəsizlik və müdafiə sahəsində saziş uzun müddətdir ki, gündəmdə idi. Bu razılaşma tərəflərə daha sıx təhlükəsizlik əməkdaşlığı, məlumat mübadiləsi və müdafiə sənayesində birgə fəaliyyət imkanı yaradacaq. Saziş çərçivəsində Britaniya şirkətləri ­Aİ-nin 150 milyard avroluq silahlanma proqramına çıxış hüququ əldə edəcək. Baş nazir Kir Starmer razılaşmadan sonra verdiyi bəyanatda vurğulayıb ki, "London dünya arenasına qayıdır". Bu açıqlama fonunda bir çox müşahidəçi belə bir sualı gündəmə gətirib: İngiltərə Avropada ABŞ-ı əvəz etməyə, dominant təhlükəsizlik oyunçusuna çevrilməyə hazırlaşırmı? Ümumiyyətlə, London belə bir potensiala malikdirmi?

“Brexit”in yaratdığı gərginliklərdən sonra Böyük Britaniya və Aİ arasında münasibətlərdə daha praqmatik yanaşmanın əlamətləri görünməkdədir. Bu kontekst­də, Şimali İrlandiyada ticarət rejiminə dair Vindzor sazişi mühüm dönüş nöqtəsi kimi çıxış edir. Hər iki tərəf xüsusilə Ukraynadakı müharibə fonunda müdafiə və xarici siyasət sahəsində koordinasiyaya maraq göstərir. Bununla belə, əsaslı fikir ayrılıqları qalmaqdadır. Britaniyanın ­Aİ-yə, Gömrük İttifaqına və ya vahid bazara qayıtması hazırda müzakirə predmeti deyil. Əməkdaşlıq konkret və məqsədyönlü sahələrə fokuslanıb.

Təhlükəsizlik sahəsində əməkdaşlığın intensivləşməsi hər iki tərəf üçün məntiqli addımdır. London müəyyən Avropa təşəbbüslərində mühüm, bəzən də liderlik rolu oynaya bilər. Lakin Böyük Britaniyanın Avropada ABŞ-ı tam əvəz edə biləcəyi fikri reallıqdan uzaqdır. ABŞ-ın Avropaya hərbi, siyasi və iqtisadi təsirinin miqyası unikal olaraq qalır. Böyük Britaniya Avropa təhlükəsizlik arxitekturasında əvəzedici deyil, tamamlayıcı rol oynaya bilər. London-Brüssel xəttində əməkdaşlığın güclənməsi, ümumilikdə, Avropanın təhlükəsizliyinə töhfə versə də, bu, ABŞ-ın əsas təminatçı rolu ilə müqayisə edilə bilməz.

ABŞ NATO-nun onurğa sütunu olaraq qitədə on minlərlə hərbçi və mühüm hərbi infrastruktura sahibdir. Nüvə çəkindirməsi, yüksək texnoloji hərbi imkanlar, hava hücumundan müdafiə və qlobal təhlükəsizlik gündəminin formalaşmasında liderlik – bütün bunlar Vaşinqtonun unikal rolunu göstərir. Bu mənada Britaniya ABŞ-ı nə miqyas, nə təsir, nə də hərbi-texnoloji imkanlar baxımından əvəz edə bilməz. Bununla belə, bəzi sahələrdə, məsələn, NATO-nun şərq cinahında hərbi logistika, Aİ və anqlo-sakson dünyası arasında diplomatik vasitəçilik, yaxud Avropanın müdafiə planlaşdırması sahəsində fəal aktor kimi çıxış edə bilər.

Britaniya, şübhəsiz ki, güclü hərbi (nüvə arsenalı da daxil olmaqla), iqtisadi və diplomatik potensiala malik olan əsas Avropa gücüdür. “Brexit”dən sonra London beynəlxalq arenada yeni rol axtarışındadır. İkitərəfli əlaqələrin gücləndirilməsi və Avropanın təhlükəsizliyində fəal iştirak bu yeni strategiyanın əsas elementləridir. Aİ ilə yaxınlaşma Britaniyanın müdafiə və xarici siyasət sahəsində əsas tərəfdaş kimi mövqeyini gücləndirə bilər. Lakin ən sıx əməkdaşlıq şəraitində belə, Britaniyanın resursları ABŞ-la müqayisədə məhduddur və “Brexit”in yaratdığı institusional və siyasi uçurumun tam bərpası üçün vaxt tələb olunur.

Nəticə etibarilə, Böyük Britaniyanın Aİ ilə yaxınlaşması hər iki tərəf üçün mühüm addımdır. Bu əməkdaşlıq Avropada təhlükəsizlik və sabitlik üçün əlavə dayaq nöqtəsi yaradır. London Avropa qitəsində əsas aktor olaraq qalacaq. Lakin Aİ ilə dərin strateji tərəfdaşlığa aparan yol hələ uzun və çətin olacaq – bu isə “Brexit”in miras qoyduğu boşluqların tədricən doldurulmasını tələb edir.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri