Lopeteqinin yeni klubu bilindi İki sabiq Real lı bir arada
Icma.az, Fanat saytına istinadən bildirir.
“Real Madrid”in və İspaniya millisinin sabiq baş məşqçisi Xulen Lopeteqi karyerasını Meksikada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin məlumatına görə, 58 yaşlı ispaniyalı "Monterrey"i çalışdırmağa real namizəddir. Komandanın hazırkı baş məşqçisi Martin Demiçelis bu mövsümkü zəif çıxışa görə qovulmaq ərəfəsindədir. "Monterrey" klubunun mərkəz müdafiəçisi Serxio Ramos Madriddə və milli komandada birgə çalışdığı Lopeteqinin namizədliyini klub rəhbərliyinə tövsiyə edib. Artıq tərəflərin potensial əməkdaşlıqla bağlı danışıqlar apardığı bildirilir.
Xatırladaq ki, Xulen Lopeteqi bu ilin əvvəlində "Vest Hem"dən qovulduğu vaxtdan bəri işsizdir.
Mirağa
Bu mövzuda digər xəbərlər:Lopeteqinin yeni ünvanı
01 May 2025 15:47
Qovulmaq ərəfəsində olan Lopeteqinin mətbuat konfransı ləğv olundu SON DURUM
08 Yanvar 2025 18:51
Real ın sabiq futbolçusu Lukas Vaskesin yeni klubu bilindi
26 Avqust 2025 09:21
Sabiq “Real”lı “Arsenal”da
09 İyul 2025 11:15
Sabiq Real lı Napoli yolunda
05 Avqust 2025 13:12
Baxış sayı:163
Bu xəbər 17 Mart 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















