80 minlik “Pokemon” kartları oğurladılar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Fransanın şərqindəki Burquan-Jalyö şəhərində kolleksiya kartlarının satışı ilə məşğul olan mağazaya basqın edilib. Hadisə zamanı təxminən 80 min avro dəyərində “Pokemon” kartları oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, AFP-yə danışan mağaza meneceri hadisənin səhər saat 04:00 radələrində qeydə alındığını bildirib.
Məlumata görə, dörd maskalı şəxs əsas qapıdan mağazaya daxil olaraq “Smogtrade” mağazasından yüzlərlə kolleksiya kartı götürüb. Siqnalizasiya sisteminin işə düşməsindən sonra isə onlar avtomobillə hadisə yerindən qaçıblar.
Oğurlanan kartların, demək olar ki, hamısı Yaponiyanın məşhur “Pokemon” franşizasına aid olub.
Son illərdə kolleksiyaçılar arasında yüksək qiymətə satılan “Pokemon” kartları Fransada və dünyanın müxtəlif ölkələrində oğruların diqqətini cəlb edir.
2024-cü ilin fevralında Fransanın Renn şəhərində təxminən 100 min avro dəyərində on minlərlə “Pokemon” kartını oğurladıqları üçün üç nəfər həbs cəzasına məhkum edilib.
Ötən ilin yanvarında isə İngiltərədə ixtisaslaşmış bir mağazadan təxminən 87 min avro dəyərində “Pokemon” kartları oğurlanıb.
Həmin ilin fevralında isə nadir “Pikachu” kartlarından biri hərracda 14,3 milyon avroya satılaraq rekord müəyyənləşdirib.
Hazırda Fransanın Burquan-Jalyö şəhərindəki mağazadan oğurlanan kartlarla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Avqust 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















