Icma.az
close
up
RU
Lord Fkafanua Fatafeh: COP29 çərçivəsində keçirilən müzakirələr məhsuldar olacaq

Lord Fkafanua Fatafeh: COP29 çərçivəsində keçirilən müzakirələr məhsuldar olacaq

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri Lord Fkafanua Fatafehi ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qonağı salamlayan spiker Sahibə Qafarova tədbirin əhəmiyyəti barədə fikirlərini çatdırıb.

Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlərinin olduğu qeyd edilərək, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi vurğulanıb.

Söhbət zamanı, Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar barədə məlumat verilib.

Lord Fkafanua Fatafehi kiçik ada dövlətlərinin iqlim ədalətsizliyi ilə üzləşdiklərini diqqətə çatdıraraq, deyib ki, iqlim dəyişikliyi onlar üçün təhlükəsizlik məsələsidir. O qeyd edib ki, Azərbaycan kimi yeni dostların bu dövlətlərə iqlim dəyişikliklərinə uyğunlaşmağa göstərdiyi yardım çox böyük əhəmiyyətə malikdir. Qonaq, həmçinin, Azərbaycanın COP29 çərçivəsində kiçik ada dövlətlərinin səsini prioritetləşdirdiyi və daha yüksək səviyyəyə qaldırdığı üçün minnətdarlığını bildirib. O, ümidvar olduğunu söyləyib ki, həm COP29, həm də Parlament Görüşü çərçivəsində keçirilən müzakirələr məhsuldar olacaq və iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə mühüm töhfələr verəcək.

Ölkələrimiz arasında münasibətlərin də nəzərdən keçirildiyi görüşdə Tonqa Krallığının Baş nazirinin ölkəmizə səfəri, Bakı Bəyannaməsi imzalanması məmnunluqla xatırlanıb.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara regionda vəziyyət, Azərbaycanın reallıqları, ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da geniş məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see192

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see190

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see160

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see149

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see129

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see126

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri