Lorens Rudolf Qonşor: Biz Azərbaycanın diqqətindən çox məmnunuq
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərbaycana müstəmləkə dövlətlərinin problemlərinə göstərdiyi diqqətə görə təşəkkür edirəm".
Oxu.Az xəbər verir ki, bunu Fransız Polineziyasında yerləşən Cənub Sakit Okeanı Universitetinin baş müəllimi Lorens Rudolf Qonşor Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtda keçirilən "İmperial quruluş: Müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusunda beynəlxalq elmi konfransın "Müqavimət və dekolonizasiya" mövzusunda keçiriləm panel müzakirədə deyib.
"Biz bu diqqətdən çox məmnunuq. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin COP29 zamanı söylədiyi nitqi xatırlayıram. O, müstəmləkə dövlətlərinin problemlərinə toxunmuş və auditoriyanın diqqətini bu problemə cəlb etmişdi", - deyə o vurğulayıb.
Mərahim Nəsib


