Icma.az
close
up
RU
Azərbaycanın mövqeyindən məmnunuq Şimali Kiprdən ilk açıqlama ÖZƏL

Azərbaycanın mövqeyindən məmnunuq Şimali Kiprdən ilk açıqlama ÖZƏL

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfinə səfir təyin etməsi birmənalı qarşılanmayıb.

Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib.

Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. Şimali Kipr Prezidenti Ersin Tatar Bişkekdəki TDT-nin Bakıda və Bişkekdə keçirilən zirvə toplantılarında iştirak edib.

Modern.az məsələ ilə əlaqədar Şimali Kipr Türk Respublikası prezidentinin müşaviri Gökhan Gülərlə həmsöhbət olub.

O bildirib ki, türk dövlətlərinin bu addımı Şimali Kipr türkləri arasında narazılıq yaradıb:

"İctimaiyyət bütün məlumatlara malik olmaya bilər. 11 noyabr 2022-ci ildə TDT-yə müşahidəçi üzvlüyümüzü təşkilatdakı ölkələr təsdiqləyib, beləliklə də, bu dövlətlərin bizimlə diplomatik əlaqələri qurulub. Ehtimal ki, Avropa İttifaqı ilə yaxşı münasibətlər qurmaq üçün bu məsələlər gündəmə gəlib. Türk dövlətlərinin bu addımı fərqli qəbul edilmiş ola bilər. Amma bu ölkələr öz maraqları üçün - məsələn qaz satışı və ya həmin ölkədəki bəzi məhsulların daha asan alışı kimi müxtəlif qarşılıqlı mənfəət əsasında bu addımı atmış ola bilərlər".

O, Azərbaycanın sərgilədiyi münasibətə görə təşəkkür edib:

"Azərbaycanın bu məsələdə açıq şəkildə yanımızda durması bizim nöqteyi-nəzərimizdən müsbət hadisədir. Biz bundan çox məmnunuq. Qırğızıstan rəsmiləri da 2024-cü ilin sentyabr-oktyabr aylarından bəri Şimali Kipr Türk Respublikasında yaşayan qırğız vətəndaşlarına diplomatik xidmət vermək üçün ölkəmizə gəliblər. Bu baxımdan Azərbaycanın və Qırğızıstanın hazırki mövqeləri və çıxışları çox daha dəyərli və önəmlidir, bizi xoşbəxt edir".

Gökhan Gülər deyir ki, Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində səfirlik açmasının gələcəkdə Şimali Kipr Türk Respublikasından da oxşar addım atmayacağı anlamına gəlmir:
"Bu ölkələrin  Şimali Kipr Türk Respublikası ilə də iki dövlətli həll yolu ilə eyni əlqələr qurması mümkün ola bilərmi, zaman göstərəcək. Cənubda səfirlik açmaqları, Şimalda da açmayacaqları mənasına gəlmir. Bəlkə bugünkü şərtlər daxilində Avropa İttifaqı ilə daha yaxşı anlaşmaq üçün belə addım atılıb deyə düşünürəm. Çünki Avropa İttifaqında qərarlar konsensusla alınır. Avropa İttifaqında həm yunan, həm də rum hökuməti var. Elə başa düşülür ki, adıçəkilən ölkələrin Avropa İttifaqı ilə bəzi əlaqələr üçün Cənubi Kiprlə də diplomatik əlaqə qurulması şərt qoyulub. Belə başa düşülür. Dövlətlər öz maraqlarına görə  davrana bilər. Türk dünyası dediyimiz böyük ailə içərisindəki xalqların qardaşlığı əbədidir. Fərqli bir vəziyyət olduğunu düşünmürəm. Düşünmək istmərəm də. Ancaq hökumətlər zaman-zaman öz ölkəsinin xalqlarının maraqlarını qorumaq üçün həm Avropa birliyindəki vətəndaşlarına, həm də Cənubi Kiprdəki vətəndaşlarına diplomatik xidmət vermək üçün bu addım atılmış ola bilər. Amma yenə deyirəm ki, bu sabah Şimali Kipr Türk Respublikası ilə də belə əlaqələr qurulmayacağı mənasına gəlmir. Mən belə düşünürəm".

Qeyd edək ki, Prezident İlham Əliyev də Bakıda bu gün keçirilən konfrans zamanı Şimali Kipr məsələsinə toxunub. Prezident deyib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

"Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - dövlət başçısı qeyd edib.

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".

Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri