Icma.az
close
up
RU
Türkiyə gimnastikasının ulduzu: “Azərbaycanın çox istedadlı idmançıları var” İdman və Biz

Türkiyə gimnastikasının ulduzu: “Azərbaycanın çox istedadlı idmançıları var” İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Azərbaycanın çox istedadlı idmançıları var, onlar böyük uğurlara imza atmağa qadirdir”.

İdman.biz xəbər verir ki, bunu türkiyəli gimnast Əhməd Öndər deyib.

Türkiyənin məşhur gimnastı, idman gimnastikası üzrə dünya çempionatının (paralel qollarda) və fərdi çoxnövçülük üzrə Avropa çempionatının gümüş medalçısı Əhməd Öndər Milli Gimnastika Arenasında keçirdiyi ustad dərslərindən sonra təəssüratlarını bölüşüb.

“Azərbaycanda olmaq mənim üçün hər zaman böyük xoşbəxtlikdir, çünki burada özümü evimdəki kimi hiss edirəm. Bu gəlişimdə də çox gözəl qarşılandım. Milli komandanın idmançıları ilə görüşdən şad oldum. Onlara bacardığım qədər öz məşq metodlarım barədə məlumat verdim. Çox bacarıqlı, böyük uğurlar əldə edə biləcək idmançılar var. Onlarla birgə məşq etməkdən çox zövq aldım”, - deyə türkiyəli gimnast bildirib.

O, bu cür ustad dərslərinin psixoloji məqamlarına da toxunub:
“Ustad dərsinin onlara motivasiya ola biləcəyi mənim üçün böyük qürurdur. Çünki qarşınızda böyük uğurlar əldə etmiş nümunəvi idmançılar olanda bu sizi daha da yüksək nəticələr qazanmağa sövq edir. Hər zaman türkiyəli idmançıları örnək götürdüklərini, gimnastlarını sevdiklərini dedilər. Bu da məni çox xoşbəxt etdi. İstəyirəm ki, onlar da məşqlərinə davamlı çalışaraq dünya və Avropa çempionatlarında Azərbaycana böyük nailiyyətlər qazandırsınlar.
Onlara heç vaxt ruhdan düşməmələrini, hər zaman çox çalışmalı olduqlarını söylədim. Onlarla məşq etmək, təcrübələrimi bölüşmək mənim üçün çox xoş oldu, çox xoşbəxtəm”.

Əhməd Öndər Milli Gimnastika Arenası haqqında da xoş sözlər deyib: “Dəfələrcə bu arenada çıxış etmişəm, tamaşaçılar bizi həmişə sevgi və coşqu ilə qarşılayıb. İndi burada yeni köməkçi zal tikilib və biz də burada məşq etdik. Saunadan idman zallarına və xoreoqrafiya otaqlarına qədər hər şeyin olduğu belə gözəl arenaya malik olmaq sadəcə əladır. Bu baxımdan sizin gimnastlar çox şanslıdır. Belə bir arenada məşq etmək, həqiqətən, həyəcanverici idi”.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Dekabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri