Los Anceles Bələdiyyə başçısı şəhərdə davam edən etirazlar haqqında məlumat verib
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Los-Anceles Bələdiyyə başçısı Karen Bass X sosial media platformasında verdiyi açıqlamada şəhərdə davam edən etirazlar haqqında məlumat paylaşıb.
Qorxunun şəhəri güclü edən sakinlərə qarşı silah kimi istifadə edilməsinə icazə verməyəcəyini ifadə edən Bass "İdarəçiliyim hər bir sakinin öz hüquqlarını bilməsi və ehtiyac duyduqları dəstəyə sahib olması üçün icma təşkilatları, hüquq müdafiəçiləri və yerli liderlərlə birlikdə çalışır. Bu şəhər birlik içindədir" deyib.
Başqa bir paylaşımında isə o, mühacirlərə qarşı basqınların cəmiyyəti iflic etdiyini ifadə edərək bu vəziyyətin ictimai təhlükəsizliklə əlaqəsi olmadığını və açıq şəkildə siyasi qisas olduğunu bildirib.
Bass, hər gün yerli vaxtla 20:00-dan 06:00-a qədər tətbiq olunacağı elan edilən komendant saatının növbəti xəbərdarlığa qədər davam etdiyini də qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















