Icma.az
close
up
RU
Luçesku həyatla ölüm arasında

Luçesku həyatla ölüm arasında

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Rumıniyalı həkimlər milli komandanın sabiq baş məşqçisi Mirça Luçeskunun ürəktutmasından sonra xilas edə bilib. “Digi Sport”un yerli xəstəxanaya istinadla yaydığı xəbərə görə, mütəxəssisin huşu yerindədi, onun sağlıq durumunu sakitləşdirmək mümkün olub.

Ünlü mütəxəssisin vəziyyəti ilə bağlı həyəcan doğuran xəbər aprelin 3-ü, günorta saatlarında yayıldı. Jurnalist Emanuel Roşu xəbər verdi ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Luçesku çıxmağa hazırlaşdığı məqamda ürəyi tutub. Belədə halı kəskin pisləşən mütəxəssis reanimasiya şöbəsinə yerləşdirilib. Elə həmin axşam tibb müəssisəsindən Luçeskunun özünə gəldiyi, vəziyyətinin sabit olduğu bildirilib:

“Pasient hazırda xüsusi kardioloji müalicə alır, onun sağlıq durumunda heç bir patoloji dəyişiklik yoxdu. Sağlıq durumu sabitdi, huşu yerindədi, tibbi personalla əməkdaşlıq edir”.


Luçesku Rumıniya yığmasının martın 29-da keçirilən məşqindən əvvəl özünü pis hiss etdiyinə görə hospitala aparılmışdı. Bundan üç gün əvvəl onun komandası DÇ-nin pley-offunun yarımfinalında Türkiyəyə 0:1 uduzmaqla turnirə qatılmaq şansını itirmişdi. Luçesku “Golazo”ya müsahibəsində sağlıq durumunu belə dəyərləndirmişdi:

“Türkiyə ilə oyunu təhlil etməyə başlayanda çox qəzəbləndim. Əsəb gərginliyi üzündən halım pisləşdi. Normal şəkildə nəfəs ala bilmədiyimi hiss etdim. Bəzilərinin yazdığının əksinə ürəyim dayanmamışdı. Bu, fibrillyasiya vəziyyəti idi. “Breşiya”da işləyəndə də eyni halla üzləşmişdim. Onda mənə dedilər ki, özüm fibrillyasiyadan çıxa bilməsəm, ertəsi elektroşok verəcəklər. Ancaq ertəsi nəbzim bərpa olundu. Ötən ilin sonunda da belə oldu. Və indi yenidən eyni vəziyyətə düşdüm”.


Elə aprelin 3-də Rumıniya Futbol Federasiyası 80 yaşlı Luçeskunun müqavilə müddəti bitdiyinə görə yığmanın baş məşqçi postundan getdiyini elan etdi.
Luçeskunun ürəyi ilə bağlı problemi xatırlatması əbəs deyil. O, hələ 2009-cu ildə - “Şaxtyor”u çalışdıranda ciddi əməliyyat keçirib. Onda mütəxəssisə infarktöncəsi vəziyyət diaqnozu qoymuşdular – damarları genişləndirmək lazım gəldi. 2023-cü ildə Luçesku budundan əməliyyat olunarkən ürəyindəki stend dəyişdirildi ki, cərrahi müdaxilə zamanı risk minimuma ensin.
Elə son seçmə mərhələnin gedişində də tanınmış məşqçi xəstəxanaya düşdü. Yanvarda qripə yoluxdu və bu da ürəyində problem yaratdı. Ancaq fevralın sonunda dedi ki, hər şey qaydasındadı və milli komandada işini davam etdirməyə hazırdı.
Luçesku yığmanı 2024-cü ilin avqustundan çalışdırırdı. Komanda onun rəhbərliyi altında 11 qələbə qazandı, 1 dəfə heç-heçə etdi, 6 oyunda uduzdu. Mütəxəssis indiyə qədər “Qalatasaray”, “Şaxtyor”, “Zenit”, Kiyev “Dinamo”su, “İnter”, “Beşiktaş”, “Rapid”, “Breşiya” komandalarını və Türkiyə yığmasını da çalışdırıb. “Şaxtyor”la UEFA kubokunu (2008/09), “Qalatasaray”la UEFA Superkubokunu qazanıb.
P.S. Buxarestdəki xəstəxananın təmsilçiləri bazar günü Luçeskunun sağlıq durumu ilə bağlı növbəti kommünike yayıb. Həkimlər belə hesab edir ki, onun sağlıq durumu tədricən qaydasına düşür. Amma 80 yaşlı mütəxəssis ən azı bir həftə də müşahidə altında qalmalıdı. Luçeskunun sağlıq durumu onu ölkə xaricinə çıxarmağa imkan vermir. Ən yeni xəbərə görə, məşqçi süni nəfəs aparatına qoşulub, ürəyində yeni əməliyyata ehtiyac var.
ORXAN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri