Luis Enrike: “Gördüklərimdən razıyam, nəticədən yox”
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Superkuboku uğrunda “Lans”a qarşı keçirdikləri matçdakı məğlubiyyəti (0:1) şərh edib.
QOL.az xəbər verir ki, ispan mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bildirib:
“Məğlubiyyət həmişə məyusluq yaradır. Nə etdiyimizi təhlil etməli, qiymətləndirməliyik. Çünki düşünürəm ki, çox yaxşı oyun keçirdik. İlk hissədə gördüklərimdən çox razıyam, amma hesab 0:1 idi.
Futbol inanılmazdır və bəzən ədalətsiz olur. Amma rəqibimizi - “Lans”ı da təbrik etməliyik. Çünki onlar bizdən çox qol vurdular və sonda matçda önəmli olan da budur.
İkinci hissədə daha çox qol vəziyyəti yaratmağa çalışdıq. Bir neçə aşkar fürsəti əldən verdik. İstər Usman, istərsə də Nunu Mendeş olsun. Amma bu, futboldur və bununla barışmaq lazımdır. Gördüklərimdən razıyam, amma nəticədən məyusam.
Bu, bizim üçün fərqli həftə oldu. Dörd gün ərzində iki final keçirdik. Komandanı hazırlamaq, fiziki və texniki cəhətdən daha da yaxşılaşdırmaq, həmçinin bazar gününə ən yaxşı şəkildə hazırlaşaraq çempionata uğurlu başlamaq üçün vaxtımız var”.
Baxış sayı:108
Bu xəbər 17 Avqust 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















