Lukaku ilə Donnarumma arasında qalmaqal Şəkillər
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Belçika millisinin hücumçusu Romelu Lukaku ilə İtaliya yığmasının qapıçısı Canluici Donnarumma arasında mübahisə yaranıb.
QOL.az xəbər verir ki, hadisə UEFA Millətlər Liqasının 1-ci turunda İtaliyanın Belçikaya 0:2 hesabı ilə uduzduğu matçın sonlarında baş verib.
Lukaku əvvəlcə barmağını dodağına apararaq Donnarummaya susmaq işarəsi göstərib. Daha sonra belçikalı hücumçu əl ilə qapıçının görüşdə iki qol buraxmasına eyham vurub.
Futbolçular arasındakı gərginlik final fitindən sonra da davam edib. Donnarumma meydanın mərkəzinə gələrək Lukaku ilə mübahisə edib. Tərəfləri hər iki komandanın futbolçuları ayırmalı olublar.
Hakim matç başa çatdıqdan sonra Lukaku və Donnarummaya sarı vərəqə göstərib.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Sentyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















