Icma.az
close
up
RU
Lukaşenko Bakiyevin atasının qəbrini ziyarət etməsinə razılıq alacaq RƏY

Lukaşenko Bakiyevin atasının qəbrini ziyarət etməsinə razılıq alacaq RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Qırğızıstanın keçmiş Prezidenti Kurmanbek Bakiyevin (2005-2010) Minskdəki həyatı barədə danışıb. O, sabiq prezidentin ölkəsi üçün darıxdığını deyib. Lukaşenko bildirib ki, Bakiyev burada yaxşı yaşayır, normaldır: "Onu artıq geri vermərik. Özünə də söyləmişəm ki, artıq belə bir şey olmayacaq, bəsdir, Belarusda yaşayın. Bəzən ona baş çəkirəm. O, çox kədərlidir, vətəni üçün darıxır. Deyir ki, heç olmasa, atasının qəbrini ziyarət etmək istəyir. Qırğızların öz prezidentinin atasının qəbrinə getməsinə icazə verməməsi təəssüf doğurur. Məncə, bu məsələni indiki rəhbərliklə həll edəcəyik". Xatırladaq ki, Kurmanbek Bakiyev 2010-cu ildə Qırğızıstan prezidenti vəzifəsindən istefa verib. Ona qarşı 2010-cu il aprelin 17-də baş verən hadisələrdə həlak olan insanların ölümündə təqsirkar olması barədə qiyabi ittiham irəli sürülüb. Bu səbəbdən Belarusdan siyasi sığınacaq alan Bakiyev vətəninə qayıtmayacağını açıqlamışdı. Həmçinin o zaman Lukaşenko Qırğızıstanın keçmiş liderinin ekstradisiya edilməyəcəyini bəyan etmişdi. 2023-cü ildə Bişkekdə Kurmanbek Bakiyevin ölkəyə qayıdışına qarşı mitinq keçirilmişdi.

Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a deyib ki, ümumiyyətlə, xalqının yaddaşında xoş xatirələrlə qalmayan keçmiş rəhbərləri kimsə sevmir. Xüsusən də, xalqına qarşı cinayətlərdə iştirak etmiş siyasi rəhbərlərə münasibət illər keçsə də yumşalmır: "Azərbaycanda da belə president olmuşdu. Amma hansısa sabiq prezident qanlı diktator olmayıbsa, ciddi cinayətlər törətməyibsə, müəyyən vaxtdan sonra ölkəsinə qayıtmasına icazə verilməsi mümkündür. Təbii ki, siyasi hakimiyyət əsasən xalqın münasibətini əsas götürür. Amma hakimiyyətin də öz fikirləri ola bilər. Adətən, hakimiyyət əvvəlkindən güclü və özünə güvəni olduqda belə hallarda müsbət qərar qəbul edir. Aleksandr Lukaşenko müsbət qərar qəbul ediləcəyinə arxayındır ki, bu işə qol qoyub. Ona görə də ehtimal ki, Bakiyevin qeyd edilən məsələ üçün öz ölkəsinə qayıtmasına razılıq veriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see190

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri