Icma.az
close
up
RU
Lukaşenko: Zelenski Avropanın çiçəklənən hissəsini məhv edib

Lukaşenko: Zelenski Avropanın çiçəklənən hissəsini məhv edib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Vladimir Zelenski Avropanın çiçəklənən hissəsini məhv edib, indi isə sülh haqqında razılaşmaq lazımdır, hələki çox gec deyil.

Bizimyol.info xəbər verir ki, bunu "BelTA" xəbər agetliyi Belarus prezidentinə istinadən məlumat verib.

"Vladimir Aleksandroviç Zelenski bu yolla getməməlidir (Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum). Onsuz da Avropanın çiçəklənən hissəsini məhv edib. Bunu tamamilə sona çatdıracaq. Bu yolla getməməlidir. Hələki çox gec deyil, razılaşmaq lazımdır", - deyə Lukaşenko qeyd edib.

Belarus lideri əlavə edib ki, Kiyevi xəbərdar edir ki, "bu, bədbəxtliklə bitəcək, Rusiyanın qərar qəbul edən mərkəzlərə zərbə vurmaq üçün gücü var, daş-daş üstə qalmayacaq". "Dayanmaq lazımdır, gələn il hələ də sülh barədə razılaşmaq lazımdır. Və mən çox istərdim ki, ABŞ Prezidenti Donald Tramp bu məsələdə dürüst olsun. Bu, oyun və ya şou olmasın, burada eyni rolu Tramp və Qərb, ya da Avropa ölkələri oynasın. Bir şey hiss edirəm, əgər belədirsə, bizim qardaşlarımız olan ingilislər bunun arxasında dayanır. Çox mümkün", - deyə Lukaşenko əlavə edib.

Daha əvvəl "Horizont" holdinqinin istehsalat sahəsini ziyarət edərkən Lukaşenko bildirmişdi ki, o, Putin iqamətgahına Novqorod vilayətində dron hücumunu dövlət səviyyəsində terrorizm hesab edir. Belarus lideri, bu hücumun Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesini pozmaq məqsədilə həyata keçirildiyini istisna etməyib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirmişdi ki, Kiyev 29 dekabr gecəsi 91 PUA ilə Putin iqamətgahına Novqorod vilayətində hücum edib. Bütün dronlar məhv edilib. Nazir qeyd edib ki, dronların vurduğu zərər və yaralananlar barədə məlumat verilməyib. Öz növbəsində, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı "faktiki olaraq dərhal" ABŞ və Ukrayna arasında Mar-a-Lago-da keçirilən danışıqlardan sonra Kiyevin hücumuna diqqət çəkib və onu xəbərdar edib ki, bu, "çox ciddi cavabsız qalmayacaq hadisədir". Putin, həmçinin ABŞ liderinə bildirib ki, Rusiya tərəfi Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda mövqeyini yenidən nəzərdən keçirəcək.

Ukrayna rəsmiləri "Putinin iqamətgahına hücum"la bağlı yayılan xəbərləri təkzib edib və bunu Rusiyanın "sübutu olmayan yalan məlumatı" adlandırıblar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri