Icma.az
close
up
RU
Lukaşenkonun sülh təklifi, yoxsa özünü qorumaq cəhdi? (ŞƏRH)

Lukaşenkonun sülh təklifi, yoxsa özünü qorumaq cəhdi? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqların keçirilməsini təklif edib. O, bununla bağlı  amerikalı bloger Mario Naufala verdiyi müsahibədə danışıb. Lukaşenko vurğulayıb ki, münaqişənin həlli üçün tərəflər dialoqa açıq olmalıdır və xüsusilə Ukrayna prezidenti Volodimir Zelenskinin bu prosesə cəlb olunması vacibdir. 

Lukaşenkonun sözlərinə görə, müharibənin gedişatında Ukrayna cəmiyyətinin böyük bir hissəsi Zelenskiyə dəstək verdiyi üçün onun razılığını almaq əsas məsələdir. Belarus lideri bunun üçün Minsk platformasının ideal bir yer ola biləcəyini bildirib:

"İndi Zelenskini hansısa formada sıxışdırmağa ehtiyac yoxdur. Əsas məsələ onu razılığa gətirməkdir, çünki onun arxasında Ukrayna cəmiyyəti dayanır. Biz razılığa gəlməliyik. Əgər istəyirsinizsə, gəlin. Burada, Belarusun sərhədindən Kiyevə qədər cəmi 200 km-dir. Təyyarə ilə yarım saata gəlmək olar. Burada sakit və təzyiqsiz şəkildə, hay-küysüz, qışqırmadan danışıb razılaşa bilərik. Trampa da deyin: onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturub ortaq bir həll tapa bilərik. Əgər həqiqətən razılaşmaq istəyirsinizsə…"

Belarus prezidenti həmçinin ABŞ-ni keçmiş və  indiki prezidentləri-Donald Tramp və Co Bayden arasındakı fərqlərdən də danışıb. Onun fikrincə, Tramp öz qərarlarında daha müstəqil idi, halbuki Bayden çox zaman ətrafının və müşavirlərinin təsiri altında qalırdı:

"Tramp səhv etsə belə, özü qərar verir. Bayden isə öz qərarlarını müstəqil şəkildə qəbul etməyib. Ona nə deyilirsə, onu da edir. Məsələn, ona dedilər ki, Putinlə danışma, o da danışmadı. Dedilər ki, Putinə "diktator" de, o da bunu təkrarladı. Baydenin həm xarakteri, həm də fiziki vəziyyəti Tramp kimi müqavimət göstərməyə imkan vermir. Problem məhz bundadır".

Lukaşenkonun bu təklifi aydın məsələdir ki, Belarusu beynəlxalq izolyasiyadan çıxarmaq, sanksiyalar məngənəsindən xilas etmək məqsədi daşıyır. Məhz ona görə də Lukaşenko sinəsini qabağa verərək, Vaşinqton, Kiyev və Moskva arasında görüş yeri kimi Minski təklif edir. Düşünür ki, buna nail olsa, tezliklə Qərbin Belarusa tətbiq etdiyi sanksiyaların da ləğvinə nail ola bilər. Bununla həmçinin o, Minskin beynəlxalq arenada itirilmiş nüfuzunu bərpa etməyi düşünür. 

Bu əsasda Lukaşenkonun Ukrayna prezidenti Volodimir Zelenski və xüsusən də ABŞ prezidenti Donald Trampın ünvanına söylədiyi xoş sözlər də həmin liderləri məhz görüşü Minskdə keçirməyə razı salmağa hesablanmış addımdır. Ona görə də şirin dilini işə salıb. Amma indiki halda geosiyasi şərtlər xeyli dəyişib. Belarus Rusiya ilə yaxın münasibətlərdə olduğundan çətin ki, Qərb və Zelenskinin özü də görüş yeri kimi Minski seçsinlər. Ona görə də bu variant ciddi qəbul edilə bilməz. Lukaşenkonun bu diplomatik təşəbbüsünün reallaşma ehtimalı sıfıra bərabərdir. 

Xatırladaq ki, 2014-2015-ci illərdə də Minsk platforması vasitəsilə Ukrayna münaqişəsinin diplomatik həllinə cəhd edildi. Lakin həmin dövrdə imzalanan Minsk razılaşmaları tərəflərdən heç birini qane etmədiyindən sonda müharibə yenidən daha böyük həcmdə alovlandı. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri