Icma.az
close
up
RU
İranın özünü intihara sürükləyir Şərh

İranın özünü intihara sürükləyir Şərh

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan hər zaman sülhsevər siyasət yürüdən, regionda sabitlik və əməkdaşlığın tərəfdarı olan bir dövlətdir. Dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biri qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin qurulması və bölgədə davamlı sülhün təmin edilməsidir. Bunun bariz nümunəsi kimi 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan münaqişəsinin nəticəsində əldə olunan yeni reallıqları göstərmək olar".

Bunu "Ölkə.az"a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ savaşından sonra regionda sülh gündəliyinin müəyyənləşdirib buna imza atan Azərbaycan bölgədə sabitliyin təmin olunması üçün qətiyyətli addımlar atıb. "Bakı dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün qurulması bütün dövlətlərin maraqlarına xidmət edir",-o vurğulayıb.

Deputat  təəssüflə qeyd edib  ki, bəzi hallarda qonşu dövlətlərin Azərbaycana qarşı dostluq və qonşuluq prinsiplərinə uyğun gəlməyən addımlarının şahidi oluruq: "İran tərəfindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum da bu cür təxribat xarakterli hərəkətlərdən biridir.

Naxçıvan ərazisinə  pilotsuz uçuş aparatları ilə atəşə tutulması Azərbaycan dövlətinə qarşı açıq təcavüz və terror aktı kimi qiymətləndiririk. Hücum zamanı mülki obyektlərini, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanının  binasının, məktəbin və digər infrastrukturların hədəfə alınması bu aktın nə qədər təhlükəli və qəbuledilməz olduğunu bir daha göstərir.

Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir və məsul şəxslərin dərhal cəzalandırılmasını tələb edirik. İran tərəfi bu hadisə ilə bağlı rəsmi izahat verməli, Azərbaycan dövlətindən üzr istəməli və hadisənin təşkilində iştirak edən şəxsləri cinayət məsuliyyətinə cəlb etməlidir.

Bu, İranın Azərbaycana qarşı ilk təxribatı deyil. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə  silahlı hücuma məruz qalmışdı. Həmin terror aktı nəticəsində bir Azərbaycan vətəndaşı həlak olmuş, digəri isə ağır yaralanmışdı. Hadisə Azərbaycan–İran münasibətlərində ciddi gərginlik yaratmış və rəsmi Bakı buna sərt reaksiya vermişdi.

Azərbaycan hər zaman bəyan edib ki, onun ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə olunmayacaq. Bu prinsip dövlətimizin xarici siyasətinin əsas xəttini təşkil edir. Buna baxmayaraq, bəzi dairələr əsassız ittihamlarla Azərbaycanı gözdən salmağa, xüsusilə də İranda yaşayan azərbaycanlıların fikirlərinə təsir göstərməyə çalışırlar. Halbuki müstəqil Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlılar üçün ümid və qürur mənbəyidir".
O əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumağa qadir olduğunu artıq sübut edib: "Qarabağda  zamanı əldə olunan qələbə Azərbaycan ordusunun gücünü və xalqımızın birliyini bütün dünyaya göstərdi.

Azərbaycan heç vaxt təcavüzkar siyasət yürütməyib, lakin ölkəmizə qarşı yönəlmiş hər hansı təhlükə və ya təxribat cavabsız qalmayacaq. Dövlətimizin təhlükəsizliyini təmin edən qurumlar – Silahlı Qüvvələr, sərhəd xidmətləri və xüsusi təyinatlı qüvvələr hər zaman ölkəmizin müdafiəsinə hazırdır.

Bu hadisə bir daha göstərir ki, regionda sabitliyin qorunması üçün bütün dövlətlər beynəlxalq hüquqa və qonşuluq prinsiplərinə hörmətlə yanaşmalıdır. Azərbaycan isə bundan sonra da sülh, təhlükəsizlik və əməkdaşlıq siyasətini davam etdirəcək, lakin dövlətimizin suverenliyinə qarşı yönəlmiş hər hansı addıma qətiyyətlə cavab verməkdən çəkinməyəcək.

İran əslində qonşularına qarşı bu hərəkəti ilə özünü intihara sürüklədi. Bu  cür təxribatçı cəhdlərə bölgəni  gərginliyə sürükləyən hərəkətlərlə İran dövlətçiliyinin, nə da xalqının milli maraqlarına xidmət etmir. Əksinə intihara və uçuruma yuvarlanır.

Son olaraq cənab Prezidentin Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında söylədiyi fikirlər açıq şəkildə mesaj verdiki,   Azərbaycanın ərazisinə təcavüz qəbul edilməzdir və "Dəmir Yumruq" hər zaman hazırdır".

Mürtəza

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Mart 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri