Icma.az
close
up
RU
Lukaşenkonun “Slavyan üçlüyü” təklifi reallaşacaq?

Lukaşenkonun “Slavyan üçlüyü” təklifi reallaşacaq?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Vüqar Dadaşov: “Bu, Rusiyanın indiki düşdüyü çox çətin vəziyyətdən çıxış cəhdidir”

Məhəmməd Əsədullazadə: “Üç slavyan ölkəsinin danışıqlar masasında oturub razılığa gəlməsi mümkün deyil”

Ötən ayın sonlarında Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişəyə son qoymağın vacibliyini bəyan edib.

Lukaşenko Vladimir Putinlə görüşdən sonra jurnalist Pavel Zarubinə müsahibəsində deyib: “Hesab edirəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb. “Xüsusi hərbi əməliyyat”ın əvvəlində də demişdim: biz, üç slavyan dövlətinin lideri oturub razılığa gəlməliyik. Bu anlaşılmaz müharibəyə son qoymaq barədə razılığa gəlməliyik. Razılığa gəlmək lazımdır. Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq”.

O, həmçinin Kiyev üçün “bütün Ukraynanı itirmək” riski barədə xəbərdarlıq edib və qeyd edib ki, Zelenski son sülh təşəbbüslərində müzakirə olunan “əlverişli şərtlər”lə razılaşmalıdır. Lukaşenkonun sözlərinə görə, bu təkliflər hətta Alyaskada keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampa təqdim olunub. Lukaşenko əlavə edib ki, əgər Kiyev Rusiya əməliyyatının əvvəlində “hərəkətləri dayandırmağa” razılaşsaydı, o zaman Krım istisna olmaqla, bütün şərqi Ukrayna Kiyevin nəzarəti altında qalardı. İndi, onun fikrincə, bütün ölkənin itkisinin qarşısını almaq şansları azalır. Belarus lideri həmçinin bildirib ki, o, Putinlə Rusiya Baş Qərargahının ordunun irəliləyişinə dair hesabatını dinləyib və onun sözlərinə görə, “dayanmaq çətin olacaq”.

Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiya lideri Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenkonun görüşlərini “iki qocanın” söhbəti kimi qiymətləndirib.

O, sosial şəbəkə hesablında yazıb: “Lukaşenko öz aləmində yaşayır, lakin bəzən Putin bu dünyaya baş çəkir və onlar nəsə, iki qoca kişi haqqında söhbət edirlər".

Mövzu ilə bağlı politoloq Vüqar Dadaşov qəzetimizə deyib ki, beş saatdan çox çəkən Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko görüşündən sonra, Lukaşenkonun Ukraynaya qarşı açıq təhdid xarakterli açıqlaması və paralel olaraq Rusiya–Ukrayna müharibəsinin "Slavyan üçlüyü" formatında həlli təklifi təbii ki, Rusiyanın indiki düşdüyü çox çətin vəziyyətdən çıxış cəhdidir. Təbii ki, səslənən "Slavyan üçlüyü"nün əsas məqsədi ABŞ-ı, Qərbi prosesdən kənarlaşdırmaq və nəticə etibarı ilə Ukraynanı istəklərinə tabe etməkdir. O da məlumdur ki, Ukrayna heç bir halda Lukaşenkonun "Slavyan üçlüyü" təklifini qəbul etməyəcək: “Ancaq, bu təklif Putinin Lukaşenko vasitəsilə Ukraynaya, prezident Zelenskiyə bir təzyiq, psixoloji təsir kimi ortaya atılıb. Ümumən isə, Lukaşenkonun açıq təhdidləri, hətta III Dünya müharibəsinə işarəsi, Rusiyanın düşdüyü ağır hərbi və siyasi vəziyyətinin sübutu kimi qiymətləndirilir. Sözsüz ki, Putinin Lukaşenko vasitəsilə belə bir təşəbbüslə çıxış etməsinə, Amerika prezidenti Donald Trampın Rusiya münasibətinin dəyişməsi təsirsiz ötüşməyib. Bu kontekstdə, artıq ABŞ-ın və eləcə də Qərb ölkələrinin Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərini və hətta Kremlə belə zərbə endirməsinə icazə verməsi və artıq müəyyən hücumların həyata keçirilməsi Putini çox narahat edir. Vəziyyətə Trampın hansı addımlar atacağı – yeni sanksiyalara, yaxud hərbi kontekstdən çıxış edəcəyinə də qeyri-müəyyənlik təsiri hiss olunur. Ona görə də Putin prosesin gedişatını nəzarətə götürmək üçün Lukaşenko vasitəsilə "Slavyan üçlüyü" mexanizmindən istifadə etməyə çalışır”.

O, qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi Lukaşenkonu da çox narahat edir. Rusiya üçün uğursuz nəticə, onun müttəfiqi Lukaşenko hakimiyyəti üçün ciddi və real təhlükələr vəd edir. Bir neçə həftə əvvəl ABŞ-ın Belarusa yaxınlaşma istəyinin də nəticəsiz sonluğu Lukaşenkonu şəxsən aktivləşməyə məcbur edə bilər.

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı münasibətinin dəyişməsi açıq görünürsə də, Tramp hələ də məsələnin sülh yolu ilə həll ediləcəyinə inamını tam itirməyib. Bir neçə gün əvvəl Trampın prezident seçkiləri öncəsi Rusiya–Ukrayna müharibəsinin həllinə dair verdiyi açıqlamasında yanıldığını deməsi əlbəttə ki, Rusiya–Ukrayna müharibəsinin ədalətli bitməsi və ya dayandırılması imkanının çox aşağı olmasını göstərir. Sözsüz ki, Rusiya Putin hakimiyyəti dövründə müharibədən geri çəkilməyəcək. Ancaq, Putin komandasının daxilində müharibə əleyhdarları da artmaqdadır. Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefasının səbəbi də budur. Siyasi elita arasında fikir ayrılıqları Putin hakimiyyəti üçün ciddi risklər vəd edir. Proseslərin analizi göstərir ki, Putinin inadı Rusiyada hakimiyyət dəyişikliyinə gətirə bilər ki, bu ehtimal getdikcə artır, hətta paralel siyasi sistemin belə dəyişmə ehtimalı da çoxalır: “Rusiya–Ukrayna müharibəsinə ABŞ–Türkiyə münasibətləri fonunda da baxmaq daha doğrudur. Ərdoğanın ABŞ-a səfəri və Trampla görüşü, Trampın Suriya məsələsindən tutmuş digər açıqlamaları təkcə iki tərəfli məsələ deyil. Rusiyanın hazırkı hakimiyyəti üçün olduqca vacib “nəfəslik” rolunu oynayan Türkiyəyə ABŞ-ın çox isti münasibəti Rusiya əleyhinə yönəldilə bilər. F-16 və hətta F-35 təyyarələri ilə bağlı razılaşmalar Türkiyə–Rusiya münasibətlərinə güclü təsir edə biləcək əsaslardan biridir. Təbii ki, Trampın cənab Ərdoğana qarşı şəxsi münasibəti də rol oynayır, ancaq ABŞ-ın milli və dövlət maraqları əsas şərt olaraq öndədir. Hətta, ABŞ və bəzi NATO dövlətləri Türkiyəni Rusiyaya əsas hərbi təzyiq kimi görür. ABŞ istisna olmaqla, NATO-nun Türkiyəsiz ciddi hərbi imkanları yoxdur. Rusiyanın da Avropada NATO dövlətlərinin hava məkanını pozması, NATO-nu Türkiyənin də Rusiyaya qarşı müharibəyə qoşulmasına istəkli olmasını göstərir. Ancaq, Ərdoğanın bu planlara münasibəti nisbi xarakterdir.

Rusiya NATO dövlətlərinin hava məkanını pozması ilə kollektiv Qərbi Rusiya–Ukrayna müharibəsindən yayındırmağı hədəfləyə bilər. Hələ ki, NATO-nun hərbi cavabı adekvat olmasa da, Qərbdən son açıqlamalar Rusiyaya qarşı ciddi təzyiqlərin planlandığına işarədir.

Ukrayna müharibəsi ilə Rusiyanı özündən asılı vəziyyətə salan Çin müharibənin davamına maraqlıdır və prosesə söz sahibidir. Rusiya Ukraynada başladığı müharibə ilə çıxılmaz tələdədir. Həm Putin hakimiyyəti, həm də xarici aktorlar üçün Ukrayna müharibəsi zərurətə çevrilib”.

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, D.Trampın V.Zelenski ilə üçtərəfli görüş təklifindən imtina edən V.Putin A.Lukaşenkonu minnətçi kimi ortaya atıb. Bununla V.Putin danışıqlara hazır olduğunu bəyan edir. Çox güman ki, görüş yeri kimi Minskdə keçirilməsi vurğulanacaq: "Lukaşenko təkliflə çıxış edəndə təhdid dilində danışaraq "Ukrayna dayanmasa, qalan əraziləri itirəcəyini" - qeyd edir. Bu ifadə ilə üçtərəfli görüş təklifinin üstündən xətt çəkmiş oldu. Belə bir yönü Kiyev qəbul etməyəcək. Rusiya üç il ərzində Ukraynanı işğal edə bilmədi. Bundan sonra, zəif ordu ilə öz məqsədlərinə çatması mümkün görünmür. Qeyd edim ki, ABŞ və Avropanın birgə hərbi dəstəyi fonunda Ukrayna Donbasda uğurlu əks-hücuma keçir. Rusiyaya qarşı növbəti genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Krıma ciddi hərbi zərbələr endirilir. Belə bir vəziyyətdə V. Putin V. Zelenski ilə görüş təklifini irəli sürür. Bu, Moskvanın çətin vəziyyətə düşməsi deməkdir. Buna baxmayaraq, V. Putin danışıqlara hazıram mesajını vermiş olur. Məhz ABŞ prezidenti D. Trampın əsas məqsədi hərbi təzyiqlərlə Putini danışıqlar masasına əyləşdirməkdir. Putin Trampın masasında deyil, öz masında Lukaşenkonun vasitəçiliyi ilə Ukrayna ilə danışmaq istəyir. Təbii ki, Ukrayna prezidenti Qərbin razılığı olmadan belə bir görüşə getməyəcək. Ümumiyyətlə, üç slavyan ölkəsinin birgə danışıqlar masasında oturub razılığa gəlməsi mümkün deyil. Çünki, Putin Zelenskidən Ukraynanın təslim olmasını istəyəcək. Putin hesab edir ki, Zelenski görüşə gəlirsə, deməli, təslim olmalıdır. Ümumiyyətlə, Belarus prezidentinin vasitəçiliyinin Ukrayna tərəfindən qəbul edilməsi gözlənilmir".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:373
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri