Icma.az
close
up
RU
Lukoilin yanacağına su qarışması ilə bağlı yeddi müraciət daxil olub RƏSMİ VİDEO

Lukoilin yanacağına su qarışması ilə bağlı yeddi müraciət daxil olub RƏSMİ VİDEO

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mövcud qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində istehlakçılara təqdim olunan yanacaq məhsullarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur". Bu məlumatı Oxu.Az-a açıqlamasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri Gülnar Hüseyn verib.

O qeyd edib ki, "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.

"Məlumat üçün bildirək ki, yanacağa dair məcburi tələblər 2023-cü ildə qəbul olunmuş AZS 936:2023 "Daxili yanma mühərrikləri üçün yanacaq. Qurğuşunsuz benzin Texniki şərtlər" və AZS 934:2023 "Dizel yanacağı Avro. Texniki şərtlər" dövlət standartlarında əks olunub.

Standartların tələblərinə əsasən, benzinə dair əsas tələblər distilyasiya, mövcud qatran tərkibi, oktan ədədinin miqdarı, qurğuşun tərkibi və digər fiziki-kimyəvi göstəricilər, dizel yanacağına dair isə sıxlıq, alışma temperaturu, fraksiya tərkibi, setan ədədinin miqdarı və digər fiziki-kimyəvi göstəricilər hesab olunur.

Yanacağın ticarət dövriyyəsi ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən sözügedən standartların tələblərinə əməl edilməlidir. Eyni zamanda yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçülməsində yalnız "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tipi təsdiq edilmiş və yoxlama dövriliyinə uyğun olaraq yoxlamalara cəlb edilmiş ölçmə vasitələrindən istifadəyə yol verilir. Yoxlamanın nəticəsinə əsasən, ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur", - deyə qurum rəsmisi bildirib.

G.Hüseyn vurğulayıb ki, istehlakçılar bu sahədə xidmətlərdən istifadə edərkən ölçmə vasitələrinin yoxlamadan keçirilib-keçirilmədiyini müəyyən etmək məqsədilə ölçmə vasitələrinin üzərində yoxlama nişanının olmasını və ya ölçmə vasitəsinə verilmiş yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.

Məlumat üçün bildirək ki, cari ilin 11 ayı ərzində vətəndaşlardan yanacağın keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə daxil olan 7 müraciətdən 1-i təmin olunub, 1 müraciət üzrə ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 2 müraciət üzrə vətəndaşa qanunamüvafiq tövsiyə və izahat verilib, 3 müraciət üzrə araşdırmalar davam etdirilir.

Yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı dəqiq faktlar (sübutlar) Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim ediləcəyi təqdirdə, qanunamüvafiq tədbirlər görüləcəkdir. Qeyd edilən mənfi hallarla qarşılaşan istehlakçılar Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı ([email protected]), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər", - deyə G.Hüseyn qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see133

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see129

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see127

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see124

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see123

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see123

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see121

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see121

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see120

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see119

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see118

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see118

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see118

31 il ötdü...

03 İyul 2025 07:57see117

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see117

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see115

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see114

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?

03 İyul 2025 02:45see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri