Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində (AzTU) Fəxri doktor diplomunun təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, türk dövlətləri bir olmalı, həmçinin sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görməlidirlər.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti sabah İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşünə qatılacağını bildirərək deyib:
“Zirvə görüşündə bu təşkilata üzv ölkələr ilə başda turizm, ali təhsil və ticarətin inkişafı olmaqla, müxtəlif istiqamətlərdə əlaqələr quracağıq”.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 02 İyul 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















