Icma.az
close
up
RU
Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 iyun, AZƏRTAC

Lüksemburqda Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz ASBL) təşəbbüsü ilə yaradılmış LuxAz Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, LuxAz Mərkəzi Azərbaycan və Lüksemburq arasında dostluq əlaqələrinin inkişafına, Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin tanıdılmasına, eləcə də iqtisadi əlaqələrin formalaşmasına və Lüksemburqda yaşayan Azərbaycan icmasının bir araya gəlməsinə xidmət edən yeni mədəniyyət və əməkdaşlıq məkanıdır.

Tədbiri açan LuxAz Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının sədri Seymur Əhmədov qonaqları salamlayaraq mərkəzin yaradılmasının əhəmiyyətindən danışıb. O, çıxışında tədbir iştirakçılarını ilk növbədə 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, LuxAz Mərkəzinin açılış tarixinin 29 may olaraq seçilməsi təsadüfi deyil. Bu tarix Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan Müstəqillik Günü ilə əlaqədar olaraq müəyyənləşdirilib.

Seymur Əhmədov qeyd edib ki, son iki il ərzində Azərbaycan və Lüksemburq arasında dostluq münasibətlərinin inkişafı istiqamətində iqtisadi, mədəni və ictimai sahələri əhatə edən çoxsaylı tədbirlər həyata keçirilib. O vurğulayıb ki, LuxAz Mərkəzi Lüksemburqda yaşayan azərbaycanlıların bir araya gələ biləcəyi, mədəniyyətlərini, tarixlərini və milli kimliklərini yaşada biləcəyi daimi məkan kimi fəaliyyət göstərəcək. Mərkəz, həmçinin digər diaspor təşkilatları və müxtəlif xalqların nümayəndələri ilə əməkdaşlığa açıq olacaq.

Tədbirdə çıxış edən Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Avropa İttifaqı yanında nümayəndəsi Vaqif Sadıqov iştirakçıları Müstəqillik Günü münasibətilə təbrik edib. O, dövlətçilik ənənələrimizin və üçrəngli dövlət bayrağımızın məhz həmin dövrdə formalaşmasından bəhs edib. Səfir bildirib ki, LuxAz Mərkəzi xaricdə yaşayan azərbaycanlılar üçün doğma vətəni xatırladan mühüm bir məkandır. O, Azərbaycan və Lüksemburq arasında münasibətlərin inkişaf etdiyini, qarşıda yeni layihələrin olduğunu qeyd edərək, LuxAz üzvlərinin enerjisi və təşəbbüskarlığının bu prosesdə mühüm rol oynayacağını vurğulayıb.

Lüksemburq Böyük Hersoqluğunun Azərbaycandakı səfiri Alain de Muyser çıxışında Azərbaycan və Lüksemburq arasında 30 ildən artıq diplomatik dostluq münasibətlərinin mövcud olduğunu bildirib.

O qeyd edib ki, diplomatik münasibətlər vacib olsa da, xalqlar arasında dostluq, mədəniyyət və qarşılıqlı tanışlıq bu əlaqələri daha da dərinləşdirir. O, LuxAz Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək, bu təşəbbüsün Azərbaycan mədəniyyətinin, tarixinin və dəyərlərinin Lüksemburq ictimaiyyətinə tanıdılması baxımından mühüm addım olduğunu qeyd edib.

Alain de Muyser həmçinin vurğulayıb ki, üç il əvvəl Lüksemburqda bir çox insan Azərbaycan haqqında az məlumatlı idi. Lakin son illərdə Azərbaycan haqqında məlumatlılığın artırılması istiqamətində mühüm işlər görülüb. O, Azərbaycan səfirliyinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib və LuxAz kimi təşəbbüslərin iki ölkə arasında dostluğun daha geniş ictimai səviyyədə inkişafına töhfə verdiyini bildirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri İlkin Kərimov çıxışında LuxAz Mərkəzinin açılışı münasibətilə Azərbaycan icmasını təbrik edib. O qeyd edib ki, mərkəz yalnız Lüksemburq şəhərində yaşayan soydaşlarımız üçün deyil, ölkənin müxtəlif bölgələrində və ətraf şəhərlərində yaşayan azərbaycanlılar üçün də görüş, ünsiyyət və birlik məkanı olacaq.

Berlin Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini İsa Məmmədov bildirib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizin tanıdılması istiqamətində mühüm işlər görür, diaspor təşkilatları və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. İsa Məmmədov LuxAz Mərkəzinin gələcək fəaliyyətinə uğurlar arzulayaraq əməkdaşlığa hazır olduqlarını bildirib.

LuxAz-ın vitse-prezidenti İskəndər Axundov AZƏRTAC-a müsahibəsində xaricdə yaşayan azərbaycanlıların öz vətənləri ilə əlaqələrinin daim qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, LuxAz-ın əsas məqsədlərindən biri Azərbaycanla bağları heç vaxt qoparmamaq, milli-mənəvi dəyərlərimizi yaşatmaq və Azərbaycan mədəniyyətini Lüksemburqda layiqincə təmsil etməkdir. İskəndər Axundov qeyd edib ki, LuxAz Azərbaycanı, onun tarixini, mədəniyyətini və müasir inkişafını Lüksemburq ictimaiyyətinə tanıtmaq istiqamətində fəaliyyət göstərəcək. O, həmçinin gələcəkdə Azərbaycanda da müxtəlif məlumatlandırıcı görüşlərin və informasiya sessiyalarının keçirilməsinin planlaşdırıldığını bildirib.

LuxAz-ın kommunikasiya meneceri Sevinc Ömərli müsahibəsində bildirib ki, LuxAz Mərkəzində gələcəkdə Azərbaycan dili və fransız dili kursları, rəsm dərsləri, gitara və piano məşğələləri, şahmat, proqramlaşdırma, rəqs dərsləri, kulinariya üzrə ustad dərsləri, eləcə də uşaqlar, ailələr, gənclər və böyüklər üçün müxtəlif sosial, maarifləndirici və mədəni fəaliyyətlərin təşkili nəzərdə tutulur.

Tədbirdə Azərbaycan və Lüksemburq ictimaiyyətinin nümayəndələri, diaspor fəalları, iş adamları və çoxsaylı qonaqlar iştirak ediblər. Rəsmi hissə başa çatdıqdan sonra qonaqlara Azərbaycan milli mətbəxinə aid təamlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri