Lvovda qaz anbarı yandı VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Lvov vilayətində yerləşən qaz anbarında yanğın qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.
“Vilayətdəki qaz anbarlarından birində yanğın baş verib”, – açıqlamada qeyd olunub.
Bundan əlavə, bölgədə digər sənaye və enerji obyektlərinin də zərər gördüyü bildirilib.
Daha əvvəl Lvovun meri Andrey Sadovıy şəhərin bir neçə partlayışdan sonra qismən işıqsız qaldığını açıqlamışdı. Onun sözlərinə görə, şəhərdə hələ də yanğınlar davam edir. Mer sakinlərə zərərli tullantılar barədə məlumatın olmadığını, amma pəncərələri bağlı saxlamağı və təhlükəsiz yerlərdə qalmağı tövsiyə edib.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, zərbələr zamanı Ukraynanın müdafiə-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji obyektləri hədəfə alınıb. Qeyd olunub ki, hücumlarda operativ-taktiki aviasiya, zərbə PUA-lar, raket qoşunları və artilleriyadan istifadə edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















