Icma.az
close
up
RU
Maaş və pensiyalar artacaq Deputatdan açıqlama

Maaş və pensiyalar artacaq Deputatdan açıqlama

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib ki, artıq gələn ildən sosial paketlər dərinləşəcək.

Nazir qeyd edib ki, minimum əmək haqqı, eləcə də pensiyalarda artım olacaq.

Nəzərə alsaq ki, minimum əmək haqqı və pensiyanın artırılması ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən göstəriş verilib və buna uyğun olaraq artıq noyabr ayında Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış təkliflər digər dövlət qurumlarına təqdim olunub. Fiskal qiymətləndirmədən sonra həmin təkliflər büdcə layihəsi çərçivəsində də müzakirə olunacaq.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, artıq növbəti ildən etibarən həm minimum əmək haqqı, həm minimum pensiya, həm də xüsusən indeksasiya nəticəsində bütün növ əmək pensiyalarında artımlar olacaq:

"Artımların faizləri ilə bağlı yaxın zamanlarda müzakirələr aparılan müddətdə məlumat verilməsi mümkün olacaq. Bizim təkliflərimiz ondan ibarətdir ki, həm minimum əmək haqqı, həm də minimum pensiyada iki rəqəmli artımlar həyata keçirilsin. Mövcud fiskal imkanlarımız çərçivəsində daha çox artımların həyata keçirilməsi təqdirəlayiqdir. Xüsusən 2023 və 2024-cü illərin inflyasiya səviyyəsinin nəzərə alınması və buna uyğun olaraq artımların həyata keçirilməsi vacib məsələlərdəndir.

Bu baxımdan gözlənilir ki, yaxın günlərdə büdcə müzakirələri başlayacaq. Yaxın zamanlarda məhz artımların ilkin faizlərlə bağlı məlumatın bölüşməsi mümkün olacaq və eyni zamanda əmək pensiyalarının indeksasiyası və neçə faiz indeksləşdirilərək artımı da növbəti ayın sonuna doğru bəlli olacaq. Çünki əmək pensiyaları 2024-cü ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib artırılacaq. Bütün növ əmək pensiyalarının indeksləşdirilməsindən söhbət gedir. Həm yaşa görə əmək pensiyası alan, həm valideynlərini itirməyə görə əmək pensiyası, eləcə də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyası məbləğlərində indeksləşdirilərək artımlar olacaq".

Müqayisə üçün Vüqar Bayramov qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsindən sosial təminat və sosial müdafiəyə ayrılan xərclər 4 milyard 988 milyon manat olacaq:

"Yəni gələn il sosial təminat, sosial müdafiəyə 5 milyard manat birbaşa vəsait xərclənəcək. Eyni zamanda, bu vəsait 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Bu anlama gəlir ki, növbəti sosial təminat və sosial müdafiə 2004-cü illə müqayisədə dövlət büdcəsindən 14 faiz daha çox vəsait ayrılacaq. Bütövlükdə 2025-ci ilin dövlət büdcəsinin xərclərinin 45 faizə yaxını sosial xərclər təşkil edəcək. Çünki digər həm səhiyyə, həm təhsil və digər istiqamətlərdə də sosial xərclər xüsusi paya malikdir.

Bu baxımdan sosial xərclərin dövlət büdcəsindəki payı yüksəkdir. Növbəti dövlət büdcəsindən ayrılan hər 100 manatın 45 manatı sosial istiqamətə yönəldiləcək. Bu isə təbii ki, artımlar üçün yeni imkanlar yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri