Icma.az
close
up
RU
Maaşlar 2025 ci ildə BU QƏDƏR ARTACAQ…

Maaşlar 2025 ci ildə BU QƏDƏR ARTACAQ…

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Qiymətlər artır, yaşam şərtləri bahalaşır, lakin maaşlar dəyişməz qalır. Bir çox ailə üçün gündəlik xərclərin öhdəsindən gəlmək getdikcə daha da çətinləşir. Belə bir şəraitdə əmək haqqı siyasətinə yenidən baxılmasına ehtiyac olduğu açıq şəkildə görünür.

Dövlət bu istiqamətdə hansı addımları atmalıdır? İqtisadi sabitlik və sosial ədalət üçün hansı mexanizmlər işə düşə bilər?

Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Referans – a açıqlama verib. Mütəxəssis bildirib  ki, ümumilikdə ölkədə maaşların artırılmasının yalnız bir yolu var.  Eyni zamanda bəşəriyyət bu günə qədər bundan yaxşısını da fikirləşə bilməyib. Bu da ölkədə qanunçuluğun və iqtisadi inkişafın təmin edilməsidir. Qanunçuluq ilk növbədə məhkəmələrin müstəqilliyi və ədalətliliyi ilə bağlıdır. İqtisadi inkişaf da məhz bununla əlaqəlidir

Ekspert hesab edir ki, normal bazar iqtisadiyyatının üç əsas təməli var: Mülkiyyət hüququnun qorunması.Öhdəliklərin icrası. Sağlam rəqabət. Əgər bu üç şərait təmin olunarsa, ölkədə sahibkarlıq fəaliyyəti canlanar, investisiyalar və kapital qoyuluşları artar. Nəticədə iqtisadi aktivlik güclənər, yeni iş yerləri yaranar, maaşlar artar və həm dövlət, həm də vətəndaşlar qazanmış olar. Söhbət real artımdan gedir. Əfsus ki, hazırda Azərbaycanda bu şərtlər yoxdur. Mülkiyyət hüquqları qorunmur, sahibkarların və vətəndaşların əmlakları qanunsuz əllərindən alınır. Belə bir mühitdə heç bir ağıllı investor bu ölkəyə vəsait yatırmaz. Elə buna görə də son dövrlərdə bir çox iş adamları ölkəni tərk edir.

Müsahimiz öhdəliklərin icrası ilə bağlı nümunəyə də diqqət çəkib: Tutaq ki, mən sizinlə müqavilə bağlamışam və sizə mal və ya xidmət təqdim etməliyəm. Əgər öhdəliyimi yerinə yetirmirəmsə, siz məni məhkəməyə verirsiniz və haqlı olaraq cərimə etdirirsiniz. Amma bunun üçün sizdə inam olmalıdır ki, məhkəmə ədalətli qərar çıxaracaq. Təəssüf ki, bizdə bu yoxdur. Ədalət çox vaxt pulun tərəfinə keçir. Sağlam rəqabət isə çox vacibdir. Sahibkar əmin olmalıdır ki, onun fəaliyyət sahəsinə dövlət məmurları, oliqarxlar və ya inhisarçı holdinqlər qanunsuz şəkildə müdaxilə etməyəcək, biznesi əlindən alınmayacaq. Bütün bu dediklərimi etmək üçün dövlət iradə ortaya qoymalıdır. Bu da bir-iki ilə həll olunan məsələ deyil. Korrupsiyanın aradan qaldırılması, şəffaf mühitin yaradılması illər tələb edir. Əgər dövlət bu istiqamətdə ciddi şəkildə işə başlasa, 10-15 il ərzində nəticə görmək mümkündür. Təəssüf ki, hələlik bu sahədə ciddi irəliləyiş yoxdur, başlanğıc da demək olar ki, yoxdur. Belə bir şəraitdə hansı maaş artımından danışmaq olar?

Ekspertin fikrincə dövlət maaş artımına iki yolla birbaşa təsir göstərir: Minimum əməkhaqqının artırılması və dövlət sektorunda çalışanların maaşlarının və pensiyaların artırılması. Hazırda minimum əməkhaqqı 400 manatdır. Bu məbləğlə ailə dolandırmaq, normal həyat tərzi sürmək çox çətindir. Bunu hamımız başa düşürük. Dövlət sektorunda maaşlar vaxtaşırı artırılır. Lakin burda fərq qoymalıyıq: nominal artım və real artım. Əgər maaş artır, amma qiymətlər ondan daha sürətlə qalxırsa – yəni inflyasiya baş verirsə – bu, real artım sayılmır. Əslində, alıcılıq qabiliyyəti aşağı düşür.

“2015-ci ilə qədər bizdə real artım var idi, amma artıq 10 ilə yaxındır ki, yoxdur və bu vəziyyətin yaxın zamanda dəyişəcəyini də gözləmək olmaz. Hazırda neftin qiymətinin və hasilatın düşməsi də vəziyyəti daha da ağırlaşdırır. Reallıq budur ki, dövlət maaş artımını artıq təmin edə bilmir. Ən yaxşı halda bu istiqamətdə ilk addımlar ata bilər. Amma nəticəsini uzun illər sonra görəcəyik. Hazırkı vəziyyətdə isə ölkədə iqtisadi və sosial problemlərin daha da dərinləşəcəyi gözlənilir.” – deyə  ekspert vurğulayıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Aprel 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri