BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət profilaktik tədbirlər davam etdirilir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 oktyabr, AZƏRTAC
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin azaldılması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
BDYPİ-dən AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə atmosferə atılan zərərli maddələrin miqdarına nəzarət olunur, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılır, aşkar edilən nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılır.
BDYPİ sürücülərə bir daha müraciət edərək bildirir ki, nəqliyyat vasitələrinin texniki sazlığı yalnız yol hərəkəti təhlükəsizliyi baxımından deyil, həm də ətraf mühitin qorunması və insanların sağlamlığının mühafizəsi üçün mühüm əhəmiyyət daşıyır.
“Unutmayaq ki, təmiz hava sağlam həyatın, ekoloji məsuliyyət isə yüksək yol mədəniyyətinin göstəricisidir”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 29 Oktyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















