Maaşlar artanda qiymətlər də BAHALAŞACAQ?
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Yanvarın birindən etibarən minimum əməkhaqqı və vahid tarif dərəcəsi ilə əməkhaqqı alan dövlət qulluqçularının məvacibləri artacaq. Ancaq sırf maaşın artması ilə bağlı hər hansı bir məhsulların qiymətində dəyişiklik gözlənilmir".
Bu sözləri iqtisadçı Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, gələn il üçün hökumət və Mərkəzi Bank 5 faizlik inflyasiya proqnozlaşdırır:
"Bunun da əsas səbəbləri içərisində bu ilin iyun ayında enerji xərclərinin, benzinin qiymətinin, ictimai nəqliyyat xidmətlərinin artması oldu. Hələ enerji daşıyıcılarında qiymət artımı gələn il də inflyasiyaya təsir göstərəcək. Əslində, əməkhaqqının cüzi şəkildə artımı gözlənilir və bunun bazardakı qiymətlərdə özünü çox ciddi biruzə verəcəyini düşünmürəm. Çünki bu, təkcə əməkhaqqından asılı deyil. Burada bankların verdiyi kreditlərin həcmi də rol oynayır. Əməkhaqqını qaldırmayıb, bankların kreditini sürətlə artırıb, aktivliyi artırmaq da mümkündür".
Ekspertin sözlərinə görə, gələn il müşahidə olunacaq 5 faizlik inflyasiya təkcə ərzaq qiymətlərini deyil, qeyri- ərzaq qiymətləri və xidmətlərini də əhatə edir:
"Burada əsas idxal edilən məhsulların qiymətləri, yəni idxal inflyasiyası rol oynayacaq. Eyni zamanda iyul ayında enerji daşıyıcılarının qiymətinin artması daşıma xərclərinin artmasında mühüm yer tutur. Bu da əhaliyə qiymətləri gözdən keçirmək imkanı verəcək".
Sevinc İBRAHİMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















