Icma.az
close
up
RU
Maaşlar artır, qiymətlər də qalxacaq?

Maaşlar artır, qiymətlər də qalxacaq?

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Maliyyə Nazirliyinin təqdim etdiyi 2026-cı ilin dövlət büdcəsi icmalına əsasən, növbəti ildə ölkədə orta aylıq əmək haqqının 1170 manata çatacağı proqnoz edilir.

Lakin əmək haqqındakı yüksəliş fonunda əsas suallardan biri onun inflyasiya təzyiqləri və qiymət artımları qarşısında nə dərəcədə real kompensasiya mexanizmi rolunu oynayacağıdır.

Millət vəkili Vüqar Bayramov Metbuat.Az-a açıqlamasında bildirib ki, 2026-cı ildə orta aylıq əməkhaqqı artım tempinin davam etdirilməsi büdcə xərclərinin təxminən 40 faizinin sosial sferaya yönəlməsi ilə bağlıdır:

“Növbəti il üçün inflyasiya göstəricisi təxminən 6 faizə yaxındır. Bununla belə, orta aylıq əməkhaqqı artımı da davam etdiriləcək. Eyni zamanda, birbaşa sosial təminat və sosial müdafiə xərclərində də artımlar var. Bu da təbii ki, orta aylıq əməkhaqqıya təsir göstərən əsas faktorlardan biridir. Amma, inflyasiyanın optimallaşdırılmasına və hədəf diapazonunda saxlanmasına ehtiyac var ki, inflyasiya əməkhaqqı artımlarına mənfi təsir göstərməsin”.

2026-cı ilin dövlət büdcəsi layihəsində gəlirlər və xərclər üzrə artım faizinin nisbətən yaxın olduğunu qeyd edən millət vəkili bildirib ki, gəlirlər 0,2 faiz artacaq, xərclər isə 0,3 faiz artacaq. Yəni, praktiki olaraq xərclərdəki artım gəlirlərdəki artım faizinə uyğunlaşdırılıb:

“Büdcə kəsirində artım gəlirlər və xərclərlə müqayisədə daha yüksəkdir. Bu isə birbaşa xərclərin məbləğinin növbəti gəlirlərlə müqayisədə daha çox artması ilə bağlıdır. Bu kontekstdən təbii ki, gəlir və xərclərdəki artım optimallığı qorunub saxlanılıb. Amma sözsüz ki, biz kəsirin xərclərlə gəlirlə müqayisədə daha çox artırılmasını məqsədəuyğun hesab etmirik və dövlət büdcəsi kəsirinin optimallaşdırılması daha məqsədəuyğun olardı”.

Gülbəniz Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Sentyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri