Icma.az
close
up
RU
Macar modernist poeziyasının siması Ona niyə alim şair deyirdilər?

Macar modernist poeziyasının siması Ona niyə alim şair deyirdilər?

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

26 noyabr tanınmış macar şair Mihay Babiçin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

XX əsr macar ədəbiyyatının ən yenilikçi simalarından biri olan Mihay Babiç təkcə bir şair deyil — o, həm də mütəfəkkir, filosof, tərcüməçi və bütöv bir ədəbi nəslin mənəvi dayağı idi.

Macar poeziyasının modernləşməsində mühüm rol oynayan Babiç, din, varlıq, insan psixologiyası və əbədi sualların ətrafında dolaşan poeziyası ilə Avropa ədəbi düşüncəsini Macarıstana gətirən nadir yaradıcı fiqurlardandır.

Babiç Seksard şəhərində ziyalı ailəsində doğulmuşdu. Təhsil illəri onun dünya görüşünün formalaşmasında böyük rol oynamışdı.

1901–1905-ci illərdə o, Budapeşt Universitetində macar və latın dilləri üzrə təhsil aldı və burada gələcəyin digər böyük ədibləri — Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış olmuşdu. Bu üçlük sonradan macar modernist poeziyasının əsas sütunlarından biri kimi tarixə düşəcəkdi.

Universitetdən sonra Babiç bir müddət müəllim kimi fəaliyyət göstərir: Baya, Seqed, Feqeraş, Uypeşt və Budapeştdə liseylərdə dərs deyir. Müəllimlik illəri onun həm intellektual, həm də poetik düşüncəsinin cilalanmasına təkan verir.

1908-ci ildə gənc şairin həyatında dönüş nöqtəsi yaşanır - onun yazdığı poemalar geniş tanınmağa başlayır. Elə həmin il İtaliyaya səfər etməsi Babiçin taleyində yeni bir səhifə açır. O, bu səfərdə Danteyə heyran qalır və illər sonra dünya ədəbiyyatının şah əsərlərindən biri olan “İlahi Komediya”nı macar dilinə tərcümə edəcək qədər bu marağı dərinə gedir. Bu tərcümə yalnız ədəbi deyil, həm də mədəni hadisə hesab olunur - çünki Babiç əsəri sadəcə çevirmir, həm də macar poetik dilinə yeni boyalar gətirirdi.

1919-cu il Macarıstan inqilabından sonra Babiç qısa müddətə Budapeşt Universitetində professor təyin olunsa da, inqilabi hökumətin süqutundan sonra pasifist mövqeyinə görə vəzifədən uzaqlaşdırılır. Müharibəyə və zorakılığa qarşı açıq şəkildə çıxış etməsi onun həyatında çətinliklər yaratsa da, Babiç prinsipiallığından dönmür.

1911-ci ildə Babiç Macarıstan ədəbiyyatının ən təsirli nəşrlərindən biri olan "Nyugat" jurnalına yazmağa başlayır. 1929-cu ildən ölümünə qədər - bəzi illərdə yazıçı Jiqmond Moritslə birlikdə, jurnalın baş redaktoru olur.

"Nyugat" yalnız bir jurnal deyildi: o, ədəbiyyat cərəyanı, yeni poetik düşüncənin başlanğıcı, macar modernizminin beyni idi.

Babiç daha çox lirik poeziyası ilə tanınsa da, o həm də esseist, nəsr yazarı və parlaq tərcüməçi idi. İngilis, fransız, alman, yunan, italyan, latın ədəbiyyatından etdiyi tərcümələr onun dil ustalığını və dünya ədəbiyyatına heyranlığını göstərirdi.

Onun əsərlərində tez-tez rast gəlinən dini və fəlsəfi motivlər şairin daxili aləminin mürəkkəbliyini əks etdirir. Babiçə tez-tez “poeta doctus” - “alim şair” deyirdilər; çünki onun poeziyası bilik, düşüncə və intuisiya sintezinin nəticəsi idi.

1918-ci ildə yazdığı “Kabus” əsəri isə psixoanaliz ideyalarından bəhrələnən elmi-fantastik mətn kimi o dövr üçün xeyli yenilikçi idi.

1921-ci ildə Babiç şair İlona Tanner ilə ailə qurur. İlona sonralar "Sofi Török" təxəllüsü ilə şeirlər yazmağa başlayır. Ailə iki il sonra Esterqoma köçür və burada Babiçin yaradıcılığı daha da yetkinləşir.

XX əsrin 30-cu illəri Babiç üçün həm ədəbi nailiyyətlərlə, həm də fiziki əzablarla müşayiət olunur: 1937-ci ildə ona boğaz xərçəngi diaqnozu qoyulur. Buna baxmayaraq, o yazmaqdan, düşünməkdən, yaratmaqdan əl çəkmir. Onun son böyük poetik əsərlərindən biri - “Yona kitabı” həm şəxsi, həm də bəşəri narahatlıqların poeziya ilə ifadəsidir.

Şair 1941-ci ildə Budapeştdə dünyasını dəyişir.

Bu gün Seksard şəhərində Babiçin həyatına və fəaliyyətinə həsr olunmuş xatirə ev muzeyi fəaliyyət göstərir.

Mihay Babiç yalnız Macarıstan ədəbiyyatının deyil, həm də Avropa modernist poeziyasının mühüm simalarından biri kimi xatırlanır.

İmtina etdiyiniz şeylərin xatirəsi - Günün mahnısı Oğlu olmadığına görə boşanan Cek London - O, niyə "naməlum valideynin uşağı” hesab olunurdu? Kabuslu ev - Virciniya Vulfun hekayəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri