Icma.az
close
up
RU
Əsirlikdən qaçan dahi Ona niyə fotojurnalistikanın ata sı deyirdilər?

Əsirlikdən qaçan dahi Ona niyə fotojurnalistikanın ata sı deyirdilər?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün fotoreportajın və fotojurnalistikanın "ata"sı hesab edilən Anri Kartye-Bressonun anım günüdür.
Kulis.az onun həyat və yaradıcılığı haqqında yazını təqdim edir.

Anri Kartye Bresson 1908-ci ildə doğulub. “Küçə fotoqrafiyası”nın əsasını qoymaqla əfsanəviləşən Anri fotojurnalistikanın atası hesab olunur.

Onun ağ-qara fotoları tarix, atmosfer, epoxanın nəfəsi və ritmi deməkdir. Uşaqlıqda da rəsmlə maraqlanan gənc Anri məşhur macar fotojurnalisti Martin Munkaçın “Tanqaika gölündə üç oğlan” fotosunu görür. “Mən birdən birə başa düşdüm ki, fotoqrafiyanın köməyi ilə bütöv bir əbədiyyəti bir anda fiksə etmək olar – Kartye Bresson sonralar yazırdı – məhz bu foto məni buna inandırdı. Bu şəkildə o qədər gərginlik, o qədər ədalətsizlik, o qədər həyat sevinci, o qədər fövqəltəbiilik var ki, indi də ona sakit baxa bilmirəm...”

Bressonun fotoqraf kimi formalaşması ikinci dünya müharibəsində baş verdi: faşist əsirliyində... qaçış, müqavimət hərəkatında iştirak... hərbin gündəlik həyatını lentə köçürmək üçün yalnız düzgün baxış, istedad lazım deyildi, həm də cəsarət və soyuqqanlılıq tələb olunurdu.
1947-ci ildə Kartye Bresson Magnum Beynəlxalq Fotoreportyorlar Birliyinin əsasını qoydu. Bu birlik qərb jurnal və agentliklərinin qarətçi fotoqraf siyasətinə cavab idi. Agentliyin fotoqrafları yer kürəsini “Təsir sferası”na böldülər və Kartye Bressona Asiya düşdü. Azadlıq uğrunda mübarizə aparan ölkələrdən – Hindistandan, Çindən, İndoneziyadan reportajlar onu dünya miqyaslı fotojurnalistə çevirdi.

Bressonu “Görünməz fotoçəkiliş” metodu məşhurlaşdırdı - onun əksər modelləri onları çəkdiyindən xəbərsiz idi. Nəzərə çarpmamaq üçün Bresson fotoaparatının parıltılı yerlərini qara izolentlə örtmüşdü.

Fotoqrafın əsas cizgisi, vergisi “həlledici an”dır. Bu sözlər onlarla fotoqrafın dilinin əzbəri oldu. Bresson həmişə istənilən süjeti emosional gərginliyin pik anında çəkməyə çalışırdı.

“Fotoqrafiya özlüyündə məni maraqlandırmır. Mən, sadəcə, reallığın bir parçasını qoparmaq istəyirəm. Mən çəkəndə heç nəyi sübut etmək və ya vurğulamaq istəmirəm. Əşyalar və adamlar özləri özlərini danışa bilir. Mən “mətbəx”lə məşğul deyiləm. Laboratoriyada və ya studiyada işləmək məni iyrəndirir. Manipulyasiya etmək istəmirəm – nə çəkilişdən əvvəl, nə də sonra. Fotoqrafiyada yaradıcılığın yeganə məqamı saniyənin 25-də biridir, kamerada işığın parlaması və hərəkətin dayanması...”

“Hadisələri qurmağı və ya rejissorluq etməyi qəbul edə bilmirəm. Bu dəhşətdir... Gerçəkliyi qurmaq olmaz. Mən həqiqəti sevirəm və yalnız onu göstərirəm...”

“Bizim gördüyümüz reallıq sonsuzdur, yalnız onun seçilmiş, həlledici məqamları bizi heyrətləndirir və yaddaşımda qalır. Bütün təsvir vasitələrindən yalnız fotoqrafiya bu məqamı dəqiq tuta bilir. Biz itib yoxa çıxan nəsnələrlə oynayırıq, o nəsnələri geri qaytarmaq mümkün olmur”.

Anri Bresson Stalinin ölümündən sonra SSRİ-də olan ilk fotoqrafdır. 1954-cü ildə onun ittifaqda çəkdiyi fotolar “Moskvalılar” silsiləsində çap olundu.

Luvr muzeyində keçirilən ilk sərgi (1954-cü ildə) Anri Kartye-Bressonun işlərindən ibarət sərgi idi.

“Fotoqrafiya” həyatın öncəgörməsi kimi bir şeydir. Fotoqraf dəyişən plastik məlumatı qəbul edir və saniyənin bir anında sonsuz hərəkətlərin arasında ifadəli müvazinət tapır”.

Anri Kartye Bresson 2004-cü ildə Fransanın cənubundakı əyalət şəhərində 95 yaşında vəfat edib.
Van Qoq və rəssamlıq sinonimləşib. Polifoniya və Bax kimi, balet və Bejar kimi. O cümlədən, Fellini və kino da sinonimləşib… Fotoqrafiyanın sinonimi isə Anri Kartye-Bressondur.

Əgər nə vaxtsa fotoqrafiya ensiklopediyasını tərtib etmək imkanımız olsaydı, biz vicdanın etirazına baxmadan belə bir səhv buraxa bilərdik: onu "A" hərfindən yox, - növbəti hərfdən başlayardıq. "Bresson" soyadından.

Yəqin ki, heç bir şey həyatın hərəkətini, onun qarşısıalınmaz tezötüşünü fotoapparatın sürgüsü qədər əminliklə dayandıra bilməz. Ancaq gerçəkliyin dərinliyini və həcmini, hissiyyatını və sehrini özünə yığan həmin bu “həlledici an” çoxlarının obyektivində baş vermir... Axı gündəlik həyatın axınından bu xəzinəni – uğurlu kadrı – çəkib çıxarmaq üçün müstəsna göz sahibi olmaq lazımdır. Anri Kartye-Bressonun gözü məhz belə idi. Onu belə də çağırırdılar - "XX əsrin gözü". Amma bu xarakteristikanı, tamamilə haqlı olaraq, “uzadıb” bu günə qədər gətirmək olar. Çünki onun kamera obyektivinin görüb “yaxaladığı” reallıq, öz ilkin çoxcəhətliliyini indi də itirmir.

Albomunun hər hansı bir səhifəsini açın, reallıq bütün kontrapunktları ilə birgə səslənəcək. Axı onun hər fotosunda ağrı və mərhəmət həyatın gözəlliyi və əzəməti içərisindən sızıb keçir. Hər fotoşəkildə ümid dözülməz qüssəylə ziddiyyətə girir...

Kartye-Bressonun çoxsaylı, öz bitkinliyi ilə tamamlanmış foto əsərlərinin harmonik “xaosundan” çıxış yolu – yəqin ki, onun yaradıcılığını əlifba sırası ilə mövzulara və dövrlərə, janrlara və onların əhatə etdiyi qitələrə bölməkdə olar.

Alberto Cakomettinin şəkilləri...
Gəzən adamın təsvir olunduğu bu şəkillərdə Bressonun yaradıcı şüuru xüsusi əyaniliklə ifadə olunub. Bu fotoşəkillər obyekt və onun "fiksatorunun" necə üzvi bütövlük təşkil etməsinin dəlilidir.

Alberto Cakometti – bu parlaq heykəltəraş və rəssamın portretlərini başqa bir görkəmli fotoqraf da çəkib - Paris müğənnisi Rober Duano.

Həyatın hərəkəti sanki ruhsuz bir texnika ilə "tutulur"...

"Rəssam Rəssamın gözü ilə"

Duanonun - fotoqraf-lirikin təfsirində Cakometti yorğundur, onu adi paytaxt ziyalısı, bir Paris kafesinin daimi müştərisi kimi də qəbul etmək olar. İşıq Alberto Cakomettinin intəhasız, melanxolik baxışlarını incəliklə bürüyür...

Amma Bressonun Cakomettisi– axtaran, sürətli (gərilmiş ip) – tamamilə fərqlidir. Bu fotolarda Cakometti və Bresson – iki eynimənalı yaradıcılardır.

"Foto çəkərkən, sanki bir rəsm çəkirsən, amma bir saniyə ərzində."
Bressonun yaradıcılığı kimi, bu fotoşəkil də – onun irəli sürdüyü tezisin qeyd-şərtsiz təsdiqidir.

Yeriyən heykəllər arasında yeriyən Cakometti – öz yaradıcılığının proyeksiyasıdır.

Bressonun Rəssamı həmişə tələsir – yaratmağa can atır.

Həlledici an

“Həlledici an... Bu anı hiss etməliyik. Sonra hər şeyi intuisiyaya həvalə etməliyik. Bu, instinktivdir. Niyə məhz o an düyməni basmalı olduğumuzu bilmirik. An gəldi. Tut onu”.


Bressonun etirafı: "Foto çəkmək – başı, gözü və ürəyi eyni xətt üzərinə qoymaqdır".
Onun fotoları – böyük rəssamın, şairin, filosofun – fotoqraf Anri Kartye-Bressonun geniş açılmış gözləri və böyük ürəyidir.

İntihar, yoxsa qətl? - Elgünün əsl ölüm səbəbi Əlvida, xoşbəxtlik - Aliyə Kərimzadə Mənim atam... - Ədəbiyyat tarixinin ən kədərli mətnlərindən biri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 İyun 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri