Icma.az
close
up
RU
Macarıstan BCM dən çıxarsa...

Macarıstan BCM dən çıxarsa...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyündən çıxmaq niyyətindədir. Baş nazir Viktor Orbanın aparat rəhbəri Zoltan Kovaks “X” platformasındakı paylaşımında qeyd edib ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini tərk edir. Onun sözlərinə görə, Macarıstanın BCM-dən geri çəkilməsi prosesi artıq başlayıb. Macarıstan mediasının məlumatına görə, hökumət bu qurumda üzvlüyünün dayandırılması ilə bağlı parlamentə qətnamə təqdim etməyə hazırlaşır. Səs çoxluğu ilə qəbul ediləcəyi təqdirdə BCM-dən çıxmaq barədə rəsmi bəyanat veriləcək. Hələ bu ilin fevralında Macarıstanın xarici işlər naziri Peter Siyarto yerli mətbuata açıqlamasında BCM-i tərk etmək məsələsinin nəzərdən keçirildiyini və məhkəmənin siyasi alətə çevrildiyini bəyan etmişdi. Macarıstan hökumətinin bu addımı Aİ-də ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, son bir neçə ildə Qərbin apardığı siyasət Macarıstanın xarici siyasi kursu ilə üst-üstə düşmür. Macarıstan rəhbərliyinin bir çox xüsusi məqamlarda atıdığı addımlar Qərbdəki müəyyən dairələr tərəfindən birmənalı qarşılanmır. Belə demək mümkünsə, kollektiv Qərbin “arzuları” Budapeştin milli maraqları ilə səsləşmir. İndiki məqamda Macarıstanın BCM-ni tərk etməyi planlaşdırması bu baxımdan izah oluna bilər. Eyni zamanda, Avropa İttifaqının Macarıstana, xüsusilə də baş nazir Viktor Orbana münasibəti tamam fərqli yöndədir. Son zamanlar Aİ rəsmilərinin Macarıstanın Aİ-nin üzvlüyündən çıxarılması, o cümlədən Orbana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışları bu münasibəti aydın şəkildə büruzə verir.

Budapeştin bu addımı nədən irəli gəlir?

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Budapeşt Beynəlxalq Cinayət Məhkəməsini tərk etməkdə qərarlıdır. “Bu qərar İsrailin baş naziri Benyamin Netanyahunun Budapeştə dövlət səfərinə gəlişindən az əvvəl açıqlanıb. Netanyahunun  Qəzzada hərbi cinayətlər törətdiyi iddiası ilə BCM tərəfindən  həbsinə order verildiyi hamıya məlumdur. Macarıstanın Baş naziri Viktor Orbanın aparat rəhbəri Cinayət Məhkəməsindən çıxma  prosesinin Macarıstanın konstitusiyasına  və beynəlxalq hüquqi çərçivəsinə uyğun olaraq başlayacağını bildirib. Bu hərəkət parlamentin təsdiqini tələb edir, parlamentdə Orbanın partiyasın çoxluğu nəzərə alınarsa,  prosesin onun istədiyi kimi nəticələnəcəyi  gözlənilir. Amma  qərarın çıxarılması üçün bir ilə qədər zaman tələb oluna bilər”.

Politoloqun sözlərinə görə, Macarıstanın bu qərarı onun Netanyahunu uzun müddət dəstəkləməsi və BCM-nin hərəkətlərini tənqid etməsi ilə üst-üstə düşür: “Macarıstan hökuməti BCM-nin Netanyahuya qarşı orderini siyasi motivli və qəbuledilməz adlandıraraq rədd edib və Roma Statutunun  heç vaxt Macarıstan qanunlarına daxil edilmədiyi üçün məhkəmənin qərarlarının ölkə daxilində icra oluna bilməyəcəyini bəyan edib. Lakin BCM-dən çıxma  prosesi davam edərkən, Macarıstan bu müddət ərzində onun  qərarlarına əməl etməyə borcludur. Bu barədə BCM-nin rəhbərliyi xəbərdarlıq edib”.

Ə.İbrahimovun fikrincə, Macarıstanın bu addımı Aİ daxilində potensial olaraq presedent yaradacaq. “Əgər Macarıstan BCM-dən çıxarsa,  o, BCM-ni tərk edən ilk Aİ ölkəsi olacaq. Ancaq Macarıstanın bu addımı atmaq istəməsinin səbəbini mütəxəssislər müxtəlif  aspektlərdən izah edirlər.  Kimi Macarıstanla Avropa İttifaqı arasında mövcud olan soyuq münasibətlərin, kimi də də Netanyahu ilə Orban arasında olan dostluq əlaqələrinin bu məsələni tətiklədiyini düşünürlər. Hesab edirəm ki, səbəb nə olursa olsun bu həm BCM-nin nüfuzunun ləkələnməsinə, həm də Macarıstanın Aİ ölkələri sırasında tənqid olunmasına gətirib çıxaracaq”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri