Macarıstan klubuna uduzan Kür ün baş məşqçisi: Altı həndbolçumuz zədəli idi
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Həndbol üzrə Avropa Kubokunun II təsnifat mərhələsində Macarıstanın "Balatonfüred" komandasına məğlub olan kişilərdən ibarət "Kür" kollektivi bu mövsüm bəzi problemlər yaşayıb.
Bunu "Report"a açıqlamasında Mingəçevir təmsilçisinin baş məşqçisi Nasser Salimi deyib.
Mütəxəssis zədə səbəbindən əsas heyətin 6 üzvünün xidmətindən istifadə edə bilmədiklərini söyləyib:
"İki oyunun nəticəsi bizim yaxşı olmadı. Lakin həndbolçulardan və xüsusən Macarıstan təmsilçisinə qarşı sonuncu görüşdən razı qaldım. Son qarşılaşmada rəqib bütün əvəzedici oyunçulardan istifadə etmədi. Çünki oyunun keyfiyyəti daha yaxşı idi. Bu mövsüm bəzi problemlər yaşadıq. Bütün oyunçularımızın xidmətindən yararlanmaq mümkün olsaydı, hər iki matçda daha yaxşı nəticə qazana bilərdik. Bu, bəhanə deyil, ancaq 6 həndbolçumuz zədəli idi. Hansı ki, onların əksəriyyəti vacib oyunçulardır. Həmçinin, ən yaxşı oyunçularımızdan biri Macarıstandakı görüşdən yalnız bir həftə əvvəl zədəsini sağaltmışdı. Bu səbəbdən yaxşı vəziyyətdə deyildi. Hazırda Macarıstan komandasının səviyyəsinin bizdən daha yüksək olduğunu unutmamalıyıq. Buna baxmayaraq, oyunçularımız çox çalışdılar və mümkün olanın ən yaxşısını etdilər".
Baş məşqçi heyətdə hər hansı dəyişiklik etmək fikrində olmadığını da bildirib:
"Heyətdə dəyişiklik etmək niyyətində deyiləm. Ümid edirəm ki, zədəli oyunçuların əksəriyyəti bir ay ərzində yaxşı olacaq. Planımız Azərbaycan çempionatında və kubokunda yaxşı performans göstərməkdir. Çempionatda çox yaxşı komandalar var. Bundan sonra rəqiblərlə necə oynamaq və çempionluq titulunu qorumaq barədə düşünürük. Əlbəttə ki, bu çətindir, lakin hədəflərə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Kür" Avropa Kubokunun II təsnifat mərhələsində Macarıstan klubuna səfərdə 19:42, Bakıda isə 20:39 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















