Macarıstanda avtobus qəzası olub, 12 nəfər ölüb, 10 nəfər yaralanıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Macarıstanda Polşaya məxsus sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib, 10 nəfər isə ağır yaralanıb.
APA-nın yerli mediaya istinadən məlumatına görə, hadisə gecə saatlarında ölkənin şimal-şərqində, Nyiredhaza şəhəri yaxınlığında M3 avtomagistralında baş verib.
Macarıstanın baş naziri Peter Magyar bildirib ki, avtobus yoldan çıxaraq xəndəyə aşıb. Qəza zamanı nəqliyyat vasitəsində 57 sərnişin və 2 sürücü olub.
Xilasedicilər təxminən 24 ton ağırlığında olan avtobusu ərazidən çıxarmaq üçün kranlardan istifadə edirlər.
Qəzanın başvermə səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Əfqanıstanda avtobus qəzası: 2 nəfər ölüb, 51 nəfər yaralanıb
09 May 2026 00:07
İndoneziyada avtobus qəzası: 16 nəfər ölüb, 18 nəfər yaralanıb
22 Dekabr 2025 06:49
Misirdə avtobus qəzası: 16 nəfər ölüb, 28 nəfər yaralanıb
02 Sentyabr 2026 16:02
Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb
26 Avqust 2026 21:12
Braziliyada avtobus qəzası nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb
08 Yanvar 2025 13:44
Baxış sayı:139
Bu xəbər 16 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















