Macarıstanda Böyük Hun Türk Qurultayı keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Budapeşt, 16 avqust, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Omuralıyev Macarıstanın Buqaç şəhərində keçirilən Böyük Hun-Türk Qurultayında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Macarıstan Turan Fondu tərəfindən təşkil olunan üçgünlük tədbir 27-dən çox türk icmasının nümayəndələrini bir araya gətirib. Qurultayda TDT-nin bütün üzv və müşahidəçi dövlətlərindən iştirakçılar təmsil olunublar. Proqram çərçivəsində ənənəvi idman növləri, musiqi, sənətkarlıq və müxtəlif mədəni tədbirlər təqdim edilib. Bu il ilk dəfə olaraq yeni aşkar edilmiş arxeoloji tapıntılar və antropoloji üz rekonstruksiyaları nümayiş etdirilib.
TDT Baş katibinin tədbirdə iştirakı təşkilatın türk dünyasının ortaq mədəni və tarixi irsinin qorunmasına və təbliğinə sadiqliyini nümayiş etdirib. Bildirilib ki, belə tədbirlər üzv və müşahidəçi dövlətlər arasında mədəni əməkdaşlığın, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Qurultay türk xalqlarının ortaq irsinin tanıdılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Baxış sayı:131
Bu xəbər 16 Avqust 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















