Icma.az
close
up
RU
Türk Dünyası Bələdiyyələr Birliyinin yeddinci qurultayı keçirilib

Türk Dünyası Bələdiyyələr Birliyinin yeddinci qurultayı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 aprel, AZƏRTAC

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) növbəti yeddinci qurultayı baş tutub.

TDBB-nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev AZƏRTAC-a bildirib ki, 30 ölkədən 1235 nəfər bələdiyyə nümayəndəsinin iştirak etdiyi qurultay Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun tədbir iştirakçılarına videomüraciəti ilə başlayıb.

Qurultayın idarə edilməsi üçün seçilən Rəyasət heyətinin tərkibində Azərbaycan nümayəndə heyətinin rəhbəri Təmraz Tağıyev də olub.

Tədbirdə TDBB-nin Prezidenti Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altayın proqram xaraketerli çıxışı ilə diqqəti çəkib. TDBB -nin prezidenti çıxışında bildirib ki, "Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradılmış və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə yaradılmış Türk Dövlətləri Təşkilatı Prezidentimizin uzaqgörən rəhbərliyi və üzv dövlət başçılarının hörmətli töhfəsi sayəsində təkcə regional həmrəylik deyil, həm də qlobal səviyyədə səmərəli əməkdaşlıq modeli nümayiş etdirmişdir."

TDBB-nin baş katibi Fəxri Solak qurumun ötən dövrdəki fəaliyyətinə, həyata keçirdikləri layihələri barəsində hesabat xarakterli çıxış edib. Fəxri Solakın çıxışında diqqəti çəkən əsas məqam Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin qurulması məsələsinə böyük önəm verildiyini bildirib.

Bəzi TBMM üzvlərinin və bir sıra ölkə nümayəndəsi ilə yanaşı müzakirələrdə iştirak edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev qeyd edib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər bu iki dövlətin yerli özünüidarəetmə orqanları arasında daima inkişaf edib və bundan sonrada edəcək. Bu gün Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün də məqsədyönlü düzgün şəkildə həyata keçirilir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşıb.

Sədr Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir birinə bağlı olan Türkiyə və Azərbaycan münasibətlərinin qardaşlıq prinsiplər əsasında qurulduğunu bildirib.

Təmraz Tağıyev həmçinin bundan sonra da Azərbaycan bələdiyyələrinin TDBB-nin işində yaxından iştirak etməklə öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.

Qurultayın yekununda yeni tərkibdə TDBB - nin İdarə heyəti formalaşıb. Uğur İbrahim Altay yenidənTDBB -nin Prezidenti seçilib. İdarə heyətinin tərkibində ölkəmizi üçüncü dəfə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil edəcək.

Əlavə edək ki, təbbirdən bir gün əvvəl bir sıra bələdiyyə sədrlərinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyəti İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasını ziyarət edərək TDBB-nin baş katibi Fəxri Colakla görüşmüşlər.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonrakı dövrdə inkişaf etdirilməsi ətrafında fikir və mülahizələri müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri