Macarıstanda ilk dəfə görmə məhdudiyyətli siyasətçi nazir təyin edilib
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Macarıstanda parlament seçkisində qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar ölkə tarixində ilk dəfə görmə qabiliyyətini itirmiş siyasətçi Vilmoş Katai-Nemeti sosial və ailə məsələləri üzrə nazir təyin edib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Madyarın sözlərinə görə, onun məqsədi hər bir vətəndaşın - doğulduğu yerindən və mənşəyindən asılı olmayaraq - keyfiyyətli səhiyyə və təhsilə çıxışını təmin etməkdir.
Qeyd olunub ki, Madyar aprelin 24-də hökumətində təhsil naziri vəzifəsinə qadın namizədin də təyin olunacağını açıqlayıb. Son günlər o, parlament sədri, xarici işlər naziri və "Tisa" partiyasının fraksiya rəhbəri vəzifələrinə də qadın namizədlər irəli sürüb.
Bundan əvvəl "Tisa" lideri Macarıstanın Avropa İttifaqı və NATO ilə tamhüquqlu iştirakını bərpa edəcəyini vəd etmişdi. O bildirib ki, partiya demokratiya və dövlətin müstəqilliyini təmin edən institutların fəaliyyətini yenidən quracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Aprel 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















