Icma.az
close
up
RU
Macarıstanın dünya şöhrətli yazıçısı Şandor Lejakın kitablarının təqdimatı olub

Macarıstanın dünya şöhrətli yazıçısı Şandor Lejakın kitablarının təqdimatı olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan, 13 may, AZƏRTAC

Mayın 13-də Naxçıvan Dövlət Universitetində Macarıstan Milli Assambleyasının sədr müavini, dünya şöhrətli yazıçı Şandor Lejakın kitablarının təqdimatı keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycanla Macarıstan arasında bütün sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan yüksəviyyəli əlaqələrdən danışıb. O, Şandor Lejakın universitetə gəlişini olduqca əhəmiyyətli və çoxdan gözlənilən əlamətdar hadisə adlandırıb, Macarıstana ötənilki səfərindən söz açıb. Rektor səfər çərçivəsində Şandor Lejakın dəstəyi və təşəbbüsü ilə Con fon Neyman Universiteti ilə NDU arasında ikili diplom müqaviləsinin imzalanmasını xatırladıb və bugünkü görüşdə iştirakına görə təşəkkürünü bildirib. Elbrus İsayev Şandor Lejakın ali təhsil müəssisəsində kitablarının təqdimatının keçirilməsini mühüm hadisə olaraq dəyərləndirib. Yazıçının xüsusilə mənsub olduğu millətin ədəbi düşüncəsinə, fikir və söz xəzinəsinə özünəməxsus təsiri olduğunu vurğulayıb. Əsərlərini universitetin kitabxana fonduna hədiyyə etməsini böyük töhfə kimi dəyərləndirib.

NDU-nun Elmi Kitabxanasının direktoru Xumar Məmmədova məruzə ilə çıxış edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev türk mədəniyyətinin böyük təbliğatçısı, macar yazıçı Şandor Lejakla bağlı yüksək fikirlər səsləndirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar təqdimatın önəmindən söhbət açıblar.

Macarıstan Milli Assambleyasının sədr müavini, dünya şöhrətli yazıçı Şandor Lejak qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü bildirib. Azərbaycan və Macarıstan arasında bütün sahələrdə fəal əməkdaşlıq olduğunu, bu əməkdaşlığın inkişaf etdiyini deyib.

Sonra universitetin Elmi Kitabxanasında Şandor Lejakın kitablarının və Türk dünyasının ədəbiyyat nümunələrinin yer aldığı sərgiyə baxış olub.

TÜRKSOY-un baş katibi Sultan Raev universitetin Elmi Kitabxanasına kitablar hədiyyə edib.

Tədbirin bədii hissəsində yallı və rəqs nömrələri ifa olunub. NDU Musiqi alətləri emalatxanasında hazırlanan qədim milli musiqi alətləri təqdim edilib. NDU-nun “Qədim xalq çalğı alətləri” ansamblının ifasında geniş konsert proqramı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri