Macarıstanın Xarici İşlər Nazirliyi Donald Trampın Qafqazda sülhün bərqərar olunmasında rolunu yüksək qiymətləndirib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Budapeşt, 10 avqust, AZƏRTAC
Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni “həm Qafqazda, həm də dünyada təhlükəsizliyə doğru böyük addım” adlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində paylaşım edib. “Donald Tramp bir daha göstərdi ki, o, sülh gündəminin prezidentidir. İndi biz ümid edirik ki, Hindistan-Pakistan, İran-İsrail və Ermənistan-Azərbaycan [münaqişələrinin] həllindən sonra Ukrayna ilə Rusiya arasındakı münaqişəyə də son qoyulacaq”, - deyə Macarıstanın xarici işlər naziri yazıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:İsrail Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsdə Trampın rolunu açıqladı
20 Yanvar 2025 08:27
Macarıstanın xarici işlər naziri İrəvana gəlir
24 May 2025 12:50
Ermənistan Xarici İşlər Nazirliyi Paşinyanla Əliyevin görüşünü müsbət qiymətləndirib
11 İyul 2025 09:32
Xarici İşlər Nazirliyi bəyanat yayıb
08 Noyabr 2024 09:03
Xarici İşlər Nazirliyi açıqlama yayıb
12 May 2025 18:54
Baxış sayı:100
Bu xəbər 10 Avqust 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















