Icma.az
close
up
RU
Macarıstanın yeni siyasi kursu: Macar Orbandan nə ilə fərqlənəcək?

Macarıstanın yeni siyasi kursu: Macar Orbandan nə ilə fərqlənəcək?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Şahin Cəfərli

Macarıstanın yeni hökumətinin xarici siyasətinin (o cümlədən Ukrayna ilə bağlı) Orban hökumətinin siyasətindən fərqlənməyəcəyi barədə deyilənlər həqiqətdən uzaqdır. 

Peter Macarın bu gün (dünən) keçirdiyi mətbuat konfransında söylədiklərini öyrənmək cəmi 2 dəqiqəlik iş olduğu halda, bu barədə dezinformasiyalara niyə ehtiyac duyulduğunu anlamaq çətindir. 

P. Macar bildirib ki, Avropa İttifaqı tərəfindən Ukraynaya 90 milyard avro kreditin ayrılmasına veto qoymayacaq, çünki bu, artıq bitmiş məsələdir və qərar hələ ötən ilin dekabrında qəbul olunub. O, sadəcə olaraq, Macarıstanın bu yardıma töhfə verməyəcəyini, çünki ölkədə çox mürəkkəb iqtisadi vəziyyətin yarandığını söyləyib. Həqiqətən hazırda Macarıstanın özünün Avropa İttifaqının yardımlarına ciddi ehtiyacı var və P. Macar Orban dövründə dondurulmuş AB fondlarının tezliklə sərbəst buraxılmasına çalışır.

Rusiya-Ukrayna müharibəsi barədə sualı cavablandıran P. Macar bu müharibənin qurbanının Ukrayna olduğunu və Macarıstanda hər kəsin bunu bildiyini vurğulayıb. Onun sözlərinə görə, heç kimin haqqı yoxdur ki, hansı şərtlər daxilində anlaşma əldə etməklə bağlı kənardan Ukraynaya nəsə desin: "Əgər Macarıstan əraziləri işğal olunsaydı, biz öz ərazilərimizdən imtina etməzdik, bu, xəyanət olardı...”

P. Macar bütün qonşularla olduğu kimi, Ukrayna ilə də dostluq münasibətləri quracaqlarını və yaxın vaxtlarda Zelenski ilə görüşəcəyini açıqlayıb. O, Putinə zəng etməyəcəyini, Putin telefon edərsə, onunla danışacağını və ondan Ukraynada insanları öldürməyə son qoymağı istəyəcəyini bildirib: "Bu, yəqin ki, qısa bir söhbət olardı...”

P. Macar Rusiyanı təhlükə kimi qiymətləndirərək xatırladıb ki, Macarıstan öz tarixində bu təhlükə ilə üz-üzə gəlib. O, hesab edir ki, Avropa İttifaqı və ayrı-ayrı üzv ölkələr buna hazır olmalıdır. Rusiya ilə enerji əməkdaşlığına gəldikdə, P. Macar deyib ki, onun hökuməti mənbələri çeşidləndirməyə, bu sahədə rəqabəti artırıb, ən ucuz enerjini almağa və ölkənin enerji təhlükəsizliyini təmin etməyə çalışacaq, lakin bu, Rusiya neftindən imtina demək deyil. O qeyd edib ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra AB zatən Rusiyaya qarşı sanksiyaları ləğv edəcək və bu ölkə ilə əməkdaşlığı bərpa edəcək.   

P. Macarın Ukraynanın AB-yə sürətləndirilmiş üzvlüyünə qarşı çıxmasını Ukrayna ilə bağlı yeganə neqativ məqam kimi qeyd etmək olar. P. Macar bu mövqeyini seçki kampaniyasında da ifadə edirdi. (Orban ötən illər ərzində aramsız təbliğatla Ukraynanı o qədər şeytanlaşdırıb ki, bu mövzuda ölkə içərisində müsbət fikirlər söyləmək asan deyil). Onun sözlərinə görə, müharibə aparan ölkə AB-yə qəbul oluna bilməz və bir çox üzv dövlət də bu cür düşünür, müharibədən sonra isə Ukrayna digər ölkələr kimi, üzvlük üçün təşkilatın kriteriyalarını yerinə yetirməlidir.   

Peter Macar və Viktor Orbanın ideoloji baxımdan eyniləşdirilməsi də yanlışdır. Hər ikisinin sağçı olması və bir müddət eyni partiyada təmsil olunması bütün məsələlər üzrə eyni baxışları bölüşdükləri anlamına gəlməz. Sağ da, sol da çox geniş anlayışlardır və bütün sağçıların öz aralarında, eləcə də bütün solçuların öz aralarında həmrəyliyindən danışmaq gülünc olar. Viktor Orban liberal-demokrat kimi siyasətə başlayıb, sonradan tipik bir opportunist kleptokrat olaraq hakimiyyət maraqları naminə sağın ən sağına doğru - qatı mühafizəkarlıq və populist millətçilik xəttinə yönəlib. Peter Macar isə sağ-mərkəzçidir və liberal konservatordur. Ümumiyyətlə, Orban kimi adamlar şəxsi mənafeləri naminə hər cildə girməyə hazır olan buqələmundur, onların sabit və prinsipial ideoloji mövqeyi olmur.


Foto Peter Macarın 2024-cü ildə Ukraynaya səfəri zamanı çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Aprel 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri