Maddələr mübadiləsini mühərrik kimi işlədir: Qəhvəyə bir qaşıq əlavə etmək kifayətdir
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Artıq çəkidən azad olmaq və enerjini artırmaq istəyənlər üçün qəhvənin tərkibinə əlavə edilən kiçik bir detal böyük fərq yaradır. Qəhvəyə bir qaşıq kokos yağı (hind qozu yağı) əlavə etmək metabolizmi sürətləndirməyin ən effektiv yollarından biridir.
Milli.Az xəbər verir ki, kokos yağının qəhvə ilə birləşməsi bədəndə aşağıdakı prosesləri aktivləşdirir:
Kokos yağı orta zəncirli triqliseridlərlə (MCT) zəngindir. Bu yağlar qaraciyər tərəfindən sürətlə enerjiyə çevrilir və bədəndə depolanmaq əvəzinə yağ yandırılmasını təşviq edir.
Qəhvəyə əlavə edilən sağlam yağlar aclıq hissini gecikdirir və qan şəkərini stabil saxlayaraq gün ərzində lazımsız qəlyanaltıların qarşısını alır.
Kafein və MCT yağlarının birgə təsiri beynin daha kəskin fokuslanmasına və enerji səviyyəsinin gün boyu sabit qalmasına kömək edir.
Hazırlanma qaydası:
Bir fincan isti qara qəhvə hazırlayın (şəkərsiz olması şərtdir).
İçinə 1 çay qaşığı (və ya 1 yemək qaşığı) təmiz kokos yağı əlavə edin.
Yağın qəhvəyə tam qarışması və köpüklü bir tekstura alması üçün blender və ya süd köpürdücü ilə qarışdırın.
Bu üsul çox faydalı olsa da, bəzi məqamlara diqqət yetirmək vacibdir:
Kokos yağı yüksək kalorili olduğu üçün miqdarı aşmamaq lazımdır.
Həssas mədəsi olanlarda yağlı qəhvə həzm problemlərinə səbəb ola bilər.
Xüsusilə xolesterin problemi olan şəxslər bu üsulu tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Yanvar 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















