Icma.az
close
up
RU
Maduroya sadiq adamlar istefaya göndərilir

Maduroya sadiq adamlar istefaya göndərilir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra ölkədə təhlükəsizlik sahəsində yenidənqurma prosesi başlayıb. 

Bu çərçivədə daha bir yüksək vəzifəli şəxs tutduğu postdan azad edilib.

"Cebheinfo.az" xəbər verir ki, Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin (DGCIM) və Prezidentin Şərəf Mühafizəçiləri Komandanlığının rəhbəri, general-mayor Xavyer Markano Tabata vəzifədən çıxarılıb. 

Bu qərar Venesuelanın müvəqqəti dövlət başçısı Delci Rodrigesin “nəzarəti gücləndirmə” təşəbbüsü kimi qiymətləndirilir. Yerli və regional mediada yayılan xəbərlərə görə, həm DGCIM-in, həm də Prezidentin Şərəf Mühafizəçiləri Komandanlığının rəhbəri olan general-mayor Markano Tabata vəzifədən azad olunub. 

Bu, Maduronun yerinə müvəqqəti prezident vəzifəsini icra edən Delci Rodrigesin təhlükəsizlik strukturlarına nəzarəti bərpa etmək məqsədilə atdığı addımların bir hissəsidir. 

Xəbərlərə əsasən, Markano Tabatanın yerinə daha əvvəl Maduro dövründə də yüksək təhlükəsizlik vəzifələrində çalışmış Qustavo Enrike Qonsales Lopes təyin olunub. Digər tərəfdən, bəzi yerli xəbər saytları və sosial media mənbələri Rodrigesin Markano Tabatanın həbsini də tələb etdiyini iddia edir. 

Lakin bu iddialar Venesuela rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Maduronun ABŞ-yə aparılmasından sonra Venesuelada təhlükəsizlik qurumları, kəşfiyyat orqanları və ordu daxilindəki qüvvə balansının sürətlə dəyişdiyi müşahidə olunur. Son  qərar Maduroya yaxın bəzi fiqurların sistemdən uzaqlaşdırıldığına dair fikirləri gücləndirib. 

Latın Amerikası mediasında yer alan xəbərlərdə Karakasdakı Miraflores Sarayından idarə olunan bu tədbirin son illərdə dövlət təhlükəsizlik aparatında atılmış ən ciddi addımlardan biri olduğu qeyd olunur. Analitiklər isə bu proses  Maduro dövründə hakimiyyəti qoruyan “mütləq sədaqət” sisteminin sonu kimi dəyərləndirirlər. 

Bununla belə, ABŞ mediasında yayılan bəzi xəbərlərdə Rodrigesin uzun illər Maduronun ən yaxın çevrəsində yer aldığı vurğulanaraq, bu prosesin əslində nəzarətli güc bölgüsü olduğu qeyd olunur. 

Nigar Hacılı
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri