Icma.az
close
up
RU
Mağazadan aldığımız ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Niyə bütün çörəklər eyni dərəcədə faydalı deyil və alış zamanı nələrə diqqət etmək lazımdır?

Çörək - süfrəmizin ən tanış məhsullarından biridir. Hər gün milyonlarla insan tərəfindən alınır. Lakin hər növ çörək sağlamlıq üçün təhlükəsiz deyil.

Lent.az bu çörək növünü təqdim edir:

Orqanizmə zərər vura biləcək çörək hansıdır?

Elmi tədqiqatlara və dietoloqların fikrincə, ən zərərli çörək — ağ çörək, yəni ələnmiş unla (ağ buğda unu ilə) hazırlanan çörəkdir. Problem bu undan başlayır: buğdanın xarici qabığı və rüşeymi təmizlənir - halbuki B qrupu vitaminlərinin, maqnezium, sink, lif və digər vacib maddələrin əksəriyyəti məhz bu hissələrdə olur.

Nəticədə isə qalan yalnız saf nişasta olur - sürətlə sorulan karbohidrat. Bu da qan şəkərini dərhal yüksəldir. Orqanizm cavab olaraq insulini kəskin şəkildə ifraz edir və tezliklə şəkər yenidən düşür, nəticədə aclıq hissi yaranır. Belə çörəyin müntəzəm istifadəsi insulinə müqavimət, piylənmə, 2-ci tip şəkərli diabet, ürək və damar xəstəlikləri kimi problemlərə yol açır.

Doğranmış çörək və əlavələr – parlaq qablaşdırmanın arxasında nə gizlənir?

Sadəcə qida dəyərinin az olması ilə deyil, ağ çörək tez-tez arzuolunmaz əlavələr də ehtiva edir. Dad, rəng və saxlama müddətini artırmaq üçün istehsalçılar çoxlu miqdarda duz, şəkər və konservantlar əlavə edə bilər. Bu isə ürək-damar və həzm sisteminə zərər verə bilər. Xüsusilə doğranmış çörəklərdən ehtiyatlı olmaq lazımdır.

Onlar daha tez xarab olur, buna görə çoxlu konservant ehtiva edirlər. Üstəlik, doğranma səbəbilə hava ilə təmas sahəsi artır və bu da mikrobların və kifin inkişafı üçün əlverişli şərait yaradır. Bəzi istehsalçılar həmçinin dad gücləndiriciləri, ağardıcılar, stabilizatorlar və boyalar - yəni “E” kodlu qida əlavələri istifadə edirlər. Bu maddələr bədəndə yığıldıqda allergiya və digər mənfi reaksiyalar törədə bilər.

Həqiqətən faydalı çörəyi necə seçmək olar?

Xoşbəxtlikdən mağazalarda zərərli çörəyə alternativlər mövcuddur. Budur, keyfiyyətli məhsulu seçmək üçün bir neçə tövsiyə:

Tərkibini oxuyun

Seçiminizi tam taxıllı, çovdar və ya kəpəkli undan hazırlanmış çörəkdən edin. Əlavələr nə qədər az olsa, bir o qədər yaxşıdır. Çoxlu şəkər, duz və süni maddələr olanlardan uzaq durun.

Görünüşünü qiymətləndirin

Keyfiyyətli çörəyin qabığı bərabər (rəngi növünə görə qızılıdan tutmuş tündəkinə qədər dəyişə bilər), çatlamış və yanıq ləkəsiz olur. İç hissəsi (miyək) elastik, deşiksiz və bərkiməmiş olmalıdır.

Qoxusunu yoxlayın

Təbii və təravətli çörək gözəl qoxuyur. Kimyəvi və ya kifli qoxu hiss edirsinizsə - almayın.

Saxlama müddətinə baxın

Əgər çörək həftələrlə xarab olmursa, bu, çoxlu konservant ehtiva etdiyini göstərir. Qısa saxlama müddəti olan çörək daha yaxşı seçimdir.

İstehsalçıya diqqət edin

Etibarlı və xüsusilə təbii bişirməyə və ənənəvi texnologiyalara üstünlük verən istehsalçıların məhsullarını seçin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri