Mağazaya girən ayı 3 gün sonra tapıldı FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaponiyada maraqlı hadisə yaşanıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Akita prefekturasında supermarket əməkdaşına hücum edən ayı nəhayət tələyə düşərək zərərsizləşdirilib. Şənbə günü səhər baş verən hücum zamanı 47 yaşlı kişi üz və bədən xəsarətləri alıb, lakin həyatına təhlükə olmadığı bildirilir.
Ayı supermarketin girişində və anbar ərazisində hərəkət edərək böyük miqdarda ət yeyib. Yerli hakimiyyət, heyvanı tapmaq və zərərsizləşdirmək üçün lisenziyalı ovçuları çağırıb. İzləmə prosesində tələlər qurulmuş və dron vasitəsilə axtarış aparılıb.
Hadisənin həlli, tələyə bal, alma və çörək qoyulması ilə mümkün olub. Ayı bazar ertəsi səhər tələnin sensorunu aktivləşdirərək tutulub və daha sonra təhlükəsizlik məqsədilə məhv edilib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Dekabr 2024 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















