Magerramoff da həbs edildi
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker "Xan" ləqəbli Əsgər Əlizadə və "Magerramoff" ləqəbli Tiktoker Əmrah Məhərrəmov da həbs edilib.
"Unikal"ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Xan ləqəbli Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Eləcə də də Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən Mageramov ləqəbli Tiktoker barəsində də eyni maddə ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.
Seymur Əli
Baxış sayı:113
Bu xəbər 27 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















