Magistral yolda qanunsuz ticarətin qarşısı alındı
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətindən "Cebheinfo.az"a bildirilib ki, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq profilaktik iş, izahedici söhbətlər aparılmaqla, avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb.
Qeyd olunub ki, respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 İyun 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















