Icma.az
close
up
RU
Magistratura təhsilinin imicini dəyişdirməliyik Vüsalə Ağabəylidən TƏKLİF

Magistratura təhsilinin imicini dəyişdirməliyik Vüsalə Ağabəylidən TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu il magistraturaya qəbul zamanı xeyli yerin boş qaldığı müşahidə olundu. 

Bəs magistratura təhsilini necə daha cəlbedici etmək olar ki, bakalavrlarda maraq yaransın?

Redaktor.az-a danışan filologiya elmləri doktoru, dosent, təhsil eksperti Vüsalə Ağabəyli bildirdi ki, bu məsələdə maraqlı bir tendensiya var:

"Bakalavr səviyyəsində, xüsusilə III və IV ixtisas qruplarında plan yerləri tamamilə dolub. Əksər universitetlərdə - Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi və s. universitetlərdə plan yerlərinin 100 faizə yaxın dolması faktı göstərir ki, gənclərin təhsilə marağı yüksəkdir, amma magistratura səviyyəsində motivasiya eyni səviyyədə deyil. Sual yaranır ki, niyə?

Gənclərin əksəriyyəti bakalavr təhsilini bitirdikdən sonra qazanc əldə etmək üçün dərhal işləməyə can atırlar, bəziləri isə xaricdə daha optimal, daha keyfiyyətli və təqaüdlü təhsilə meyil göstərirlər.

Əsas səbəblərdən biri də odur ki, magistratura proqramlarının bir qismi əmək bazarının tələblərinə tam uyğun deyil. Gənclər soruşur: “Bu pilləni bitirdikdən sonra hansı perspektivlərim olacaq?” Əgər biz gənclərin bu sualına inandırıcı cavab verə bilmiriksə, təbii ki, maraq azalır".

Elmər doktoru hesab edir ki, magistratura təhsilinin imicini dəyişdirmək lazımdır:

"Bu pillə sadəcə təhsilin davamı deyil, həm də karyera, elmi inkişaf və beynəlxalq imkanlar üçün yeni bir başlanğıc kimi təqdim edilməlidir. Magistraturanı daha cəlbedici etmək üçün ilk növbədə təhsil proqramlarını yeniləmək vacibdir. Müasir dövr süni intellekt, rəqəmsal transformasiya, mədəniyyətlərarası kommunikasiya, təhsilin idarəedilməsi, liderlik kimi yeni bacarıqlar tələb edir. Gənclər bu bacarıqları qazanmaq üçün magistraturaya gəlməlidirlər, amma proqramlar da buna cavab verməlidir.

Bundan başqa, maddi dəstək mexanizmləri gücləndirilməlidir. Yüksək nəticə göstərən tələbələr üçün təqaüdlərin artırılması, faizsiz təhsil kreditlərinin tətbiqi və ödənişli təcrübə proqramlarının yaradılması da mühüm addımlardır. Əgər tələbə magistraturada oxuduğu müddətdə həm də karyera qurmaq imkanı əldə etsə, maraq çoxalacaq. Maddi tələbat, motivasiya gənclər üçün ən önəmli faktorlardandır. Əgər iş yerlərində magistr təhsili almış kadrla bakalavr təhsili almış kadrın maaşında xüsusi fərq qoyularsa, o zaman magistraturaya maraq arta bilər.

Beynəlxalq əməkdaşlıq da xüsusi önəm daşıyır. Xarici universitetlərlə ikili diplom proqramları, beynəlxalq mübadilə layihələri və xarici professorların dərslərə cəlb edilməsi gənclərə daha geniş perspektivlər təqdim edə bilər".

V.Ağabyəlinin fikrincə, qəbul imtahanlarının qismən sadələşdirilməsi, hətta bəzi yüksək göstəricilərə malik bakalavrlara imtahansız qəbul təklifləri də həmin gənclərin xarici ölkələrə axın etməsinin qarşısını ala bilər:

"Çünki biz yaxşıları itiririk, dünya universitetləri qazanır. Ən önəmlisi isə magistratura sonrası yolun aydın olmasıdır. Gənc bilməlidir ki, bu pilləni bitirəndən sonra qarşısında daha yaxşı iş imkanları, elmi karyera perspektivi, startap qrantları və beynəlxalq layihələr dayanır.

Bu gün bakalavr səviyyəsində yerlərin tam dolması, keçid ballarının yüksək olması göstərir ki, təhsil almaq istəyən gənclər çoxdur. Sadəcə, magistratura təhsilini onlara daha müasir, çevik və beynəlxalq səviyyədə rəqabətədavamlı formada təqdim etməliyik.

Əgər bu dəyişiklikləri həyata keçirə bilsək, magistratura gənclər üçün yalnız “təhsilin davamı” yox, həm də yeni karyera imkanlarının açarı olacaq".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri