Icma.az
close
up
RU
Magistraturada doğru ixtisası necə seçmək olar? AÇIQLAMA

Magistraturada doğru ixtisası necə seçmək olar? AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gündən etibarən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi mərhələsi başlayıb. İxtisas seçimi hər bir tələbənin gələcək karyerasına və akademik inkişafına birbaşa təsir edən vacib qərarlardan biridir.

Əksər tələbələr bu prosesi özləri idarə etsələr də, qərarın məsuliyyətini dərk edənlər peşəkar məsləhət axtarışına çıxır. Hazırda bu sahədə müxtəlif kurslar və fərdi məsləhətçilər fəaliyyət göstərir. Lakin bu yardımın nə dərəcədə səmərəli və fərdi yanaşma əsaslı olması sual doğurur.

Bəs ixtisas seçimini özləri edən tələbələr nələrə diqqət etməlidir? Peşəkar dəstək axtaranlar üçün hansı tələblər və risklər var?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, magistratura səviyyəsində ixtisaslaşma seçimi ali təhsil sistemində tələbənin akademik və peşəkar gələcəyini müəyyən edən kritik mərhələlərdən biridir. 

O qeyd edib ki, bu mərhələdə edilən qərarlar bir tərəfdən tələbənin növbəti iki illik təhsilini, digər tərəfdən isə gələcək karyera istiqamətini formalaşdırır. Lakin son illərin təcrübəsi göstərir ki, seçim prosesi çox zaman təsadüfi, məlumat əskikliyi ilə və ya qeyri-professional yanaşma ilə həyata keçirilir. Nəticədə yüzlərlə tələbə ya uyğun gəlməyən sahəyə yönəlir, ya da ixtisaslaşmanın reallıqları ilə toqquşduqdan sonra təhsili yarımçıq qoyur.

Mütəxəssis vurğulayıb ki, magistratura səviyyəsində ixtisas seçiminin əsasını Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində təsbit olunmuş “təhsilin şəxsin meyil və qabiliyyətlərinə uyğun təşkil olunması” prinsipi təşkil edir:

“Bu prinsip tələbənin bacarığı, marağı və peşə yönümü əsasında düzgün ixtisas seçiminin hüquqi çərçivəsini müəyyən edir. Lakin mövcud mexanizm bu prinsipin praktikada tətbiqini təmin etmir. Tələbələrin əksəriyyəti bu prosesi ya tələsik, ya məlumatsızlıqla, ya da məcburiyyətlə aparır. 2024-cü il üzrə statistikaya əsasən, magistraturaya qəbul olunanların təxminən 18%-i birinci semestrdə təhsil aldığı ixtisaslaşmanın onların gözləntilərinə cavab vermədiyini bildirib. Bu göstərici, seçimin keyfiyyətinə dair ciddi siqnal kimi qiymətləndirilməlidir”.

Onun sözlərinə görə, ixtisas seçimini özü aparan tələbələr çox zaman yalnız balına uyğun kod axtarır, tədris proqramının məzmununu araşdırmır, gələcək əmək bazarı tələblərini nəzərə almır, yaxud sadəcə dost və tanış tövsiyəsi ilə qərar verir. Bu yanaşma təhsilin məqsədindən uzaqlaşmağa və şəxsi potensialın düzgün istiqamətlənməməsinə səbəb olur. Halbuki düzgün ixtisas seçimi tələbənin əvvəlki akademik nəticələri, maraq dairəsi, gələcək karyera planları və əmək bazarındakı trendlərlə uzlaşmalıdır.

K.Əsədov nəzərə çatdırıb ki, müsbət tərəf də var:

“Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisaslaşma seçimində müəyyən texniki rahatlıqlar yaradılıb. Elektron sistem üzərindən bal və kod uyğunluğu avtomatik yoxlanılır, vakant yerlər göstərilir və seçimlərin prioritet sırasını düzəltmək mümkündür. Amma bu texniki imkanlar yalnız informasiyanın çatdırılması üçündür – analitik və fərdi qərarvermə dəstəyi yoxdur. Tələbələrin böyük bir hissəsi sistemin verdiyi nəticəyə yox, kiminsə “təcrübəsinə” və ya kurs reklamına əsaslanaraq qərar verir”.

O, peşəkar yardım axtaranlar üçün ciddi boşluqların olduğunu da deyib:

“Bu sahədə fəaliyyət göstərən kurslar və fərdi məsləhətçilərin əksəriyyəti ixtisaslaşma seçimində fərdi analiz aparmadan, ballara uyğun “ən çox keçid olan kodlar”ı təqdim etməklə kifayətlənir. Əgər bu yanaşma davam edərsə, tələbələr ali təhsili yalnız keçid mərhələsi kimi dəyərləndirəcək, fərdi inkişaf və peşəkar istiqamət kimi görməyəcək.

Dünya təcrübəsində bu proses daha çox karyera mərkəzləri və akademik məsləhətçilərin iştirakı ilə aparılır. Məsələn, ABŞ və Kanada universitetlərində bakalavr təhsilinin son ilində tələbələrə ixtisaslaşma üzrə fərdi mentorlar təyin edilir. Bu mentorlar tələbənin akademik portfoliolarını analiz edir, gələcək peşə meyillərini və əmək bazarındakı trendləri nəzərə alaraq məsləhət verir. Almaniyada isə ali məktəblərdə fəaliyyət göstərən “Studienberatung” bölmələri tələbələrin seçimlərini həm akademik, həm də psixoloji aspektdən müşahidə edir və yönləndirir.

Azərbaycanda bu sistem hələ formalaşmayıb. Nə universitetlərdə, nə də Elm və Təhsil Nazirliyi səviyyəsində sistemli və hərtərəfli yönləndirmə xidməti mövcuddur. Əgər bu struktur yaranmasa, yanlış seçimlər davam edəcək, magistratura təhsili isə tələbənin inkişaf platforması yox, vaxt və resurs itkisinə çevriləcək”.

Mütəxəssis problemdən çıxış yollarından da söz açıb:

“Bu problemi aradan qaldırmaq üçün bir neçə islahata ehtiyac var. Universitetlərin nəzdində rəsmi karyera və akademik məsləhət mərkəzləri yaradılmalı, orada yalnız pedaqoji yox, psixoloji və əmək bazarı üzrə ekspertlər fəaliyyət göstərməlidir. Magistratura ixtisaslaşmalarının tədris proqramları, müəllim heyəti və karyera imkanları haqqında baza məlumat sistemi yaradılmalı və ictimaiyyətə açıq olmalıdır. İxtisas kodları sadəcə bal uyğunluğu əsasında yox, kompetensiya uyğunluğu və maraq sahələri üzrə qruplaşdırılmalıdır. Tələbələrə bu sahədə yönləndirici təlimlər və seminarlar verilməli, özünüdərk və planlaşdırma bacarıqları inkişaf etdirilməlidir.

Əgər bu tədbirlər həyata keçirilsə, magistratura səviyyəsində təhsil daha məqsədyönlü, tələbə mərkəzli və inkişaf yönümlü olacaq. Əks halda, mövcud vəziyyət dəyişməzsə, ali təhsil sistemi yalnız statistik qəbul və bitirmə göstəriciləri ilə dolu, lakin real nəticə verməyən formal bir mərhələyə çevriləcək. Təhsil isə rəqəm deyil, insanın doğru yolda inkişaf etməsi üçün vasitə olmalıdır”.

Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri