Icma.az
close
up
RU
Magistraturada qısaldılmış tədris problem yaradacaq? AÇIQLAMA

Magistraturada qısaldılmış tədris problem yaradacaq? AÇIQLAMA

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ötən ay bildirmişdi ki, bəzi ixtisasların tədris müddətlərinin azaldılması müzakirə predmetidir. O qeyd etmişdi ki, bu gün Azərbaycanda magistratura iki illikdir, amma Azərbaycanda il yarımlıq magistratura proqramları da var. Xüsusən MBA üzrə belə ixtisaslar mövcuddur. Bu istiqamətdə çox ciddi işlər gedir. 

Son günlər ictimaiyyət arasında bu məsələ yenidən gündəmə gəlib. İddialara görə, tədris müddəti azaldılan magistr ixtisasları arasında sosial iş də var. Həmçinin, il yarım tədris müddətində magistr diplomu alanların sonradan doktorantura pilləsində təhsil almağında problem yaranacağı iddia olunur. 

Ümumiyyətlə, bu iddialar nə dərəcədə reallığı əks etdirir? Bu addım hansı mənfi nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperi Elmin Nuri bildirib ki, Komissiyada müzakirələr getsə də, icraat barədə hələlik rəsmi məlumat yoxdur:

"Bildiyimiz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyində ali təhsil proqramlarının hazırlanması məqsədilə yeni Komissiya yaradılıb. Həmin Komissiya artıq bir neçə dəfə iclas keçirib. İclaslarda təhsil üçün çox ciddi məsələlər müzakirə olunur. Onlardan biri də bəzi ixtisaslarda tədris müddətinin azaldılması ilə bağlıdır. Təəssüf ki, bunlar hələ ki müzakirə olunur. İcra proseduru, rəsmi təsdiqi barədə heç nə deyilməyib. Magistratura səviyyəsi üzrə bir çox ixtisaslarda tədris müddətinin azaldılması ilə bağlı fikirlər  az qala, hər il səsləndirilir. Bu həm sosial iş ixtisası üzrə magistratura səviyyəsi, həm də MBA proqramı istiqamətində bir çox ixtisaslarla bağlı deyilir. Amma icra məsələsinə gəldikcə hər hansı ciddi qərarın, bir çox ixtisasları əhatə edəcək addımların şahidi olmamışıq. Bəli, dünya təcrübəsində master dərəcəli bir çox ixtisaslarda tədris müddəti iki ildən daha azdır. Bu, ixtisasın tədrisi üçün lazım olan data-bazadan, onun tətbiqi modullarının kəmiyyət göstəricisindən asılıdır. Amma bizdə konkret olaraq, magistratura səviyyəsi üzrə hər hansı ixtisaslarda belə bir qərarın olmasından xəbərsizik. Bütün bunlar təbii ki, subyektiv yanaşmamızdır. Məsələ ilə bağlı daha dəqiq mülahizə və qərarlar nazirlik tərəfindən yaradılan ali təhsil proqramları üzərində işləyən komissiya tərəfindən veriləcək”.

Onun sözlərinə görə, bir çox ixtisaslarda tədris müddətinin iki ildən il yarıma endirilməsi keyfiyyət baxımdan nələrəsə təsir etməyəcək:

“Doğrudur, bu, ixtisasın spesifikliyi və tədris proqramından da asılıdır. Amma böyük əminliklə bir çox ixtisaslarda keyfiyyət, faydalılıq və nəticəvilik baxımından nəyinsə dəyişəcəyinə inanmıram. Bunun üçün bizdə əvvəlcə magistratura səviyyəsi üzrə tədrisin özünə olan yanaşma, bu dərəcə üzrə keyfiyyətlilik meyarı qalxmalıdır. Əks halda, burada hər hansı ixtisasın 2, yaxud, 1,5 il tədris edilməsinin ciddi fərqi olmayacaq”.

Mütəxəssis vurğulayıb ki, elə də ciddi fərq olmadığı üçün də doktorantura qəbulu zamanı da hər hansı bürokratik əngəllə qarşılaşma yolverilməzdir. 


Ekspert təklif edib ki, bununla bağlı ictimaiyyətə məlumat verilməklə yanaşı, rəy də öyrənilməlidir:

“Səhv etmirəmsə, 3 il bundan əvvəl orta məktəblərdə şagird davranış qaydaları ilə bağlı kodekslər hazırlananda ictimaiyyətin müzakirəsinə çıxarıldı. Bundan başqa ictimaiyyətin müzakirəsinə çıxarılan məsələnin şahidi olmamışam. Bu gün ali təhsil seqmentimiz həddindən artıq genişdir. Hər ailəyə yaxın bir şəxs ali təhsil alır. Söhbət bakalavriat, magistartura və doktorantura səviyyəsindən gedirsə, qəbul olunan qərarlar rəsmi təsdiqini tapmadan öncə ictimaiyyətin fikirləri öyrənilsə, çox yaxşı olar. Təhsil sadəcə təhsil barədə qərar verən rəsmi şəxslərdən ibarət deyil. Bu mövzuda dəyirmi masalar təşkil olunmalıdır. Burada ömrünü təhsilə həsr etmiş, beynəlxalq və yerli təcrübələri bilən şəxslər iştirak etsin. Onların da fikirləri öyrənilsin. Bu, veriləcək qərarların daha yaxşı olmasına şərait yaradacaq”. 

Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 May 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri