Icma.az
close
up
RU
Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ “Bunu etməyəcəksinizsə, vaxtınızı itirməyin”

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ “Bunu etməyəcəksinizsə, vaxtınızı itirməyin”

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Artıq IV kurs tələbələri magistratura imtahanına hazırlaşmağa başlayıblar. Ancaq bu barədə qərarsız, magistratura təhsilinin üstünlükləri barədə məlumatsız olanlar da var.
Onlara maraqlıdır ki, ümumiyyətlə, magistr təhsili nə üçün lazımdır?
 

MÖVZU İLƏ BAĞLI:
İş dünyasının dəyişən REALLIQLARI – Diplomun hansısa önəmi QALIB?


Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elşən Qafarovun fikirlərini öyrənib.
Ekspert bildirib ki, magistratura təhsili Elmlər Akademiyasında, elmi-tədqiqat institutlarında,  ali məktəblərdə işləmək, doktorantura təhsilini davam etdirmək, elmi dərəcə almaq üçün lazımdır.
“Magistratura oxuyanların çoxu niyə oxuduqlarını bilmirlər”.
Ekspertin sözlərinə görə magistrların 95%-i magistratura işlərini özləri yazmır, ödənişlə yazdırır. Bu isə magistraturanın formal xarakter daşıdığının göstəricisidir:
“Bəziləri magistratura diplomunu iş yerlərinə təqdim edib deyir ki, mənə daha çox üstünlük verin. Bu da insanların magistraturanı niyə oxuduqlarını həqiqətən bilmədiyini göstərir. Ali təhsil müəssisələri elm və innovasiya mərkəzi olmalıdır. Belə olmadıqda orada nə magistratura, nə də doktoranturada elmi araşdırmalar olmayacaq”. 
Elşən Qafarov gənclərə bəzi məsləhətlər də verib:
“Gənclər əgər gələcəkdə elmi araşdırmalar aparmayacaqlarsa, təhsillərini doktorantura səviyyəsində davam etdirməyəcəklərsə, mənasız yerə 2 illərini itirməsinlər. Əvəzində bakalavr ixtisasları üzrə işləyib təcrübə toplasınlar”.
 

Xatırladaq ki, bu il magistraturada boş qalan 3700 yerə (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 nəfər seçim edib. Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı dolub.


Bu göstəricilər isə ekspertlər tərəfindən magistratura təhsilinə azalan maraq kimi göstərildi.
Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri