Icma.az
close
up
RU
Magistraturaya plan yerləri AÇIQLANDI

Magistraturaya plan yerləri AÇIQLANDI

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

2026-cı ildə Azərbaycanın ali təhsil müəssisələri üzrə magistraturaya qəbul planı əvvəlki illə müqayisədə 840 yer və ya 4,82 faiz artıb, dövlət sifarişi üzrə qəbul planında isə azalma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yer alan statistikaya görə, 2025-ci ildə dövlət sifarişi üzrə plan 7 084 yer olduğu halda, 2026-cı ildə bu rəqəm 7 022 yer təşkil edib. Beləliklə, dövlət sifarişi üzrə plan yerləri 62 yer və ya 0,88 faiz azalıb. Məlumata əsasən, 2025-ci ildə magistraturaya qəbul üzrə ümumi plan 16 848 yer olduğu halda, 2026-cı ildə bu göstərici 17 688-ə çatıb.

Statistikaya görə, universitetlerin əksəriyyətibdə plan yerləri yüksəlib:

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində plan yerləri 2025-ci ildəki 1 745-dən 2026-cı ildə 1 990-a yüksəlib. Artım 245 yer və ya 14,04 faiz təşkil edib.

Bakı Dövlət Universitetində magistratura üzrə qəbul planı 1 346 yerdən 1 627 yerə yüksəlib. Beləliklə, universitet üzrə 281 yer və ya 20,88 faiz artım olub.

Azərbaycan Texniki Universitetində plan yerlərinin sayı 2 006-dan 2 125-ə yüksəlib. Artım 119 yer və ya 5,93 faiz təşkil edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində qəbul planı 1 172-dən 1 273-ə yüksəlib. Bu, 101 yer və ya 8,62 faiz artım deməkdir.

Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 157-dən 194-ə çatıb. Artım 37 yer və ya 23,57 faiz olub.

Bakı Mühəndislik Universitetində isə magistratura üzrə qəbul planı 508-dən 658-ə yüksəlib. Artım 150 yer və ya 29,53 faiz təşkil edib. Ən yüksək faizli artımlardan biri Azərbaycan Dövlət Dəniz Akademiyasında qeydə alınıb. Burada plan yerləri 34-dən 61-ə yüksəlib ki, bu da 27 yer və ya 79,41 faiz artım deməkdir.

Bakı Slavyan Universitetində qəbul planı 145-dən 235-ə yüksəlib. Artım 90 yer və ya 62,07 faiz təşkil edib. Dövlət Gömrük Komitəsinin Akademiyasında isə plan yerləri 10-dan 15-ə yüksəlib və 50 faiz artım qeydə alınıb.

Naxçıvan Dövlət Universitetində qəbul planı 299-dan 355-ə yüksəlib. Artım 56 yer və ya 18,73 faiz olub. Gəncə Dövlət Universitetində plan yerləri 369-dan 420-yə, Sumqayıt Dövlət Universitetində isə 370-dən 420-yə çatıb.

Xəzər Universitetində magistratura üzrə qəbul planı 429-dan 466-ya yüksəlib. Artım 37 yer və ya 8,62 faiz təşkil edib.

Bakı Ali Neft Məktəbində plan yerləri 230-dan 270-ə yüksəlib ki, bu da 40 yer və ya 17,39 faiz artım deməkdir".

Statistikaya əsasən, bu il qəbul planı bəzi ali təhsil müəssisələrində isə azalıb. Azərbaycan Dillər Universitetində plan yerlərinin sayı 397-dən 275-ə düşüb. Azalma 122 yer və ya 30,73 faiz təşkil edib. Azərbaycan Turizm və Menecment Universitetində plan yerləri 380-dən 325-ə enib. Burada 55 yer və ya 14,47 faiz azalma qeydə alınıb.

Azərbaycan Texnologiya Universitetində qəbul planı 249-dan 191-ə düşüb. Azalma 58 yer və ya 23,29 faiz olub.

Lənkəran Dövlət Universitetində plan yerləri 408-dən 308-ə enib. Bu, 100 yer və ya 24,51 faiz azalma deməkdir.

Azərbaycan Kooperasiya Universitetində qəbul planı 375-dən 315-ə düşüb. Azalma 60 yer və ya 16 faiz təşkil edib.

Bakı Qızlar Universitetində 2025-ci ildə 50 yer olan qəbul planı 2026-cı ildə 0 olub. Naxçıvan Müəllimlər İnstitutunda da plan yerlərinin sayı 30-dan 0-a düşüb. Hər iki halda azalma 100 faiz təşkil edib.

Azərbaycan Dövlət İqtisad Universitetində qəbul planı 2 745-dən 2 721-ə enib. Burada 24 yer və ya 0,87 faiz azalma qeydə alınıb.

Digər tərəfdən, bir sıra ali təhsil müəssisələrində qəbul planı dəyişməyib. Azərbaycan İlahiyyat İnstitutunda 2025 və 2026-cı illər üzrə plan 10 yer, Qərbi Kaspi Universitetində 271 yer, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında isə 15 yer təşkil edib.

Ümumilikdə, 2026-cı ildə ali təhsil müəssisələri üzrə magistraturaya qəbul planı 17 688 yer təşkil edib. 2025-ci ildə bu göstərici 16 848 yer olub. Beləliklə, ümumi qəbul planı bir il ərzində 840 yer və ya 4,82 faiz artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyul 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri