Icma.az
close
up
RU
Mahatma Qandi İmperiyanın ayaqyalın qənimi

Mahatma Qandi İmperiyanın ayaqyalın qənimi

Icma.az bildirir, Azpost portalına istinadən.

1942-ci ilin bu günü (30 yanvar) Hindistanın müstəqillik lideri Mahatma Qandi öldürülməsi günüdür…

Çoxları dahi fizik Albert Eynşteyni iyirminci əsrin ən böyük şəxsiyyəti hesab edir. Eynşteyn özü isə başqa fikirdə idi: “Bəlkə, gələcək nəsilləri inandırmaq olmayacaq ki, bu günah dolu dünyada canı canımızdan, qanı qanımızdan olan belə bir adam gəzib”. Sonralar təkcə Hindistan yox, bütün dünya onu özünün etirazlarına baxmayaraq, Mahatma Qandi adlandıracaq (“mahatma” hind dilində böyük qəlb, böyük müəllim deməkdir).

Uşaqlığı

2 oktyabr 1869-cu ildə kiçik Hindistan knyazlığının divanının (baş nazir) ailəsində altıncı –  sonuncu uşaq dünyaya gəldi. Arıq, sısqa uşağın adını Mohandas Karamçand qoydular. Körpənin atası hind məmurları arasında ağ qarğa kimi idi: korrupsiyaya qurşanmamışdı, zəngin yaşamırdı, tamahı yox idi. Mohandasın yeddi yaşı olanda atası ilə Britaniya agenti arasında münaqişə yarandı və o, vəzifəsini itirdi. Amma qonşu vilayətin knyazı analoji vəzifə təklif etdi. Ailə bu knyazlığa köçdü.

Hindistanın gələcək milli lideri məktəbdə xüsusi istedadı ilə seçilmirdi. Uşaqlığı haqda özü belə yazırdı: “Uşaqlarla ünsiyyətdən qaçırdım. Yeganə dostum kitablar idi. Dərs bitən kimi evə qaçırdım. Bundan başqa, qorxaq idim. Oğrulardan, kabuslardan, ilanlardan qorxurdum. Qaranlıqdan dəhşətə gəlirdim. Təqaüd və ya mükafat alanda təəccüblənirdim. Bununla belə özümü sevərdim və kiçicik irad olanda göz yaşlarımı saxlaya bilmirdim”. Amma bir hadisə ilə balaca Mohandas diqqət mərkəzinə gəldi. Bir gün ibtidai məktəbdə oxuyanda onun xarakterini açan bir hadisə baş verir. Məktəbə ingilis inspektor gəlibmiş. Müəllim şagirdlərə ingiliscə beş söz verir ki, yazsınlar. Bunlardan biri də “qazan” olur. On iki yaşlı Mohandas bu sözü səhv yazır. Müəllim onu dümsükləyir ki, yanındakı yoldaşına baxıb səhvini düzəltsin. Sonralar Qandi yazırdı: “Bütün şagirdlər o sözü düz yazdı, məndən başqa. Müəllim mənə sübut eləməyə çalışırdı ki, axmaqlıq etmişəm, amma bu, ona müyəssər olmadı”. Bütün ömrü boyu heç bir güc onu ləyaqətsiz saydığı işə məcbur edə bilmədi. Heç bir təhlükə: pis qiymət, varidatın və azadlığın itirilməsi, siyasi karyeranın məhvi, fiziki işgəncə, hətta ölüm təhlükəsi onu sındıra bilmədi. 13 yaşı olanda Mohandası öz həmyaşı olan bir qızla evləndirdilər. Sonra o, oxumaq üçün Böyük Britaniyaya yollandı. O, anasına söz vermişdi ki, özünü nümunəvi aparacaq. Üç ildə bir dəfə də olsun, şərab içmədi, ət yemədi və həyat yoldaşına xəyanət eləmədi.

Cənubi Afrikada

Təhsilini başa vurub qayıdandan sonra o, Hindistanda iş tapmır və Cənubi Afrikada işləmək təklifini qəbul edir. Qandinin ağlına belə gəlməzdi ki, orada düz iyirmi il yubanacaq, hindlilərin azadlıq hərəkatının lideri, strateqi və ilhamvericisi olacaq.

Cənubi Afrikaya gəlişinin ilk günlərindən o, açıq irqçiliklə rastlaşır. Onu zorla birinci dərəcəli vaqondan bayıra atırlar. Dilicansa oturmağa icazə vermirlər. Ağlar üçün olan səkidən polislər itələyib aşağı salır. Qandi başa düşür ki, alçaldılma və sıxışdırılma buradakı bütün hindlilərin və rənglilərin taleyidir – təhsil və statusundan asılı olmayaraq.

Qandi əvvəlcə irqçiliklə fərdi davranış kodeksini düşünür: özbaşınalığa qarşı hər zaman nəzakətlə davranmaq, qisas alınmasına yol verməmək, dönməz olmaq.

1894-cü ildə o, Pretoriyadakı bütün hindlilərin yığıncağını çağırır. Qısa müddətdə orada elə bir hindli yox idi ki, Qandi onun problemlərini bilməsin, tanımasın. Günlərin birində yerli hökumət bir qanun qəbul edir. Hindlilərin “qara qanun” adlandırdığı yasaya görə, bütün hindlilər: kişi, qadın, səkkiz yaşdan böyük uşaqlar polis idarəsində qeydiyyatdan keçməli, barmaq izi qoymalı idi. Yoxsa onları həbs və ya sürgün gözləyirdi. Bu, hindliləri cinayətdə şübhəli bilinən adamlara bərabər tutmaq demək idi. Bundan başqa, polislərin haqqı var idi ki, hindlilərin yaşadığı yerə soxulsun, hətta ənənəvi toxunulmaz əndəruna da. Qanunu oxuyanda Qandi deyib: “Belə qanuna tabe olmaqdansa ölmək yaxşıdı”.

Satyaqraha

Mahatma “satyaqraha” adlandırğı müqavimət taktikasını hazırlayır. Sanskritcə mənası həqiqətə cəhd deməkdir. Satyaqrahanın əsas ideyası zorakılıqdan imtina və ağrı və iztirablara dözməklə rəqibin ağıl və vicdanına təsir etməkdir. Satyaqrahanın iki əsas üsulu vardı: əməkdaşlıq etməmək və vətəndaş itaətsizliyi. Qandi hesab edirdi ki, zorakılığa qarşı zorakılıq faydasızdır. Belə olanda bu fəsad daha da artır. O, satyaqrahanı zəiflər üçün mübarizə vasitəsi saymırdı. Deyirdi ki, bu, ruhən güclü olanların silahıdır. Bütün hallarda haqlı olmaq lazımdır. Çünki natəmiz vasitələr natəmiz nəticələrə gətirib çıxarır.

Satyaqrahaya Qandini nə təhrik etmişdi? Bu barədə o, özü belə yazırdı: “İngilislərin özü tərəfindən yazılan tarix qəti şəkildə sübut edir ki, onlar məqsədə çatmaq üçün heç bir dələduzluğu həddindən artıq, heç bir zorakılığı çox dəhşətli hesab etməyiblər”.

İohannesburqda satyaqraha mitinqlə başlayır. Hindlilər nümayişkaranə şəkildə çağırış vərəqələrini yandırır. Qandini tutub türməyə salırlar. Amma repressiyalar heç bir nəticə vermir.

Hökumət alçaq bir üsula əl atır. Qandini türmədən birbaşa general Smetsin yanına aparırlar. Deyirlər ki, satyaqrahanı dayandırın, qanun ləğv olunacaq. Qandi razılaşır. Onu buraxırlar, amma “qara qanun” qalır. Bir çoxları Qandini satqın saymağa başlayır.

İnamı bərpa eləmək, hər şeyi yenidən başlamaq lazım gəlir. O, vətəndaş itaətsizliyi haqda məqalələr yazır və yenidən türməyə düşür. Türmədən çıxan kimi bütün Cənubi Afrikanı əhatə edən satyaqraha hazırlayır. 1913-cü ildə mədən işçiləri də ayağa qalxır. Onlara atəş açırlar. Minlərlə adam türmələrə doldurulur. Bir qədər sonra Qandini azad edirlər. Minlərlə adam Natalyadan Transvaala yürüş keçirir. Qandi çoxminlik kütlənin qabağında gedir. Qoşunlar atəş açmağa risk etmir. Onları dağıtmaq üçün atlılar göndərirlər. Adamlar yerə uzanır və atlar yaxına gəlmir. Qandi tutulanda onu ağdərililərdən biri əvəz edir.

İrqçi qanunların ləğvi

Bir dəfə qəzəblənmiş ağlar onun üstünə cumub ölümünə çırpmışdılar. Polis işə qarışıb onu ölümdən qurtarıb. Məsələ çox geniş rezonans doğurdu. London tələb edirdi ki, Qandini döyənlər tutulsun. Hökumət rəhbərlərindən biri onu yanına çağırır ki, döyənləri tanıt, həbs edək. Qandi onları satmır. Və hökumət rəsmisinə deyir: “Günah hökumətdədir. Tutalacaq birisi varsa, o, üzr istəyirəm, Sizsiniz”.  Bu hərəkət Durban əhalisinə çox böyük təsir edir. Artıq bir çoxları Qandini və hindlilərin öz haqları uğrunda mücadiləsini hörmət və anlaşma ilə qəbul edir.

Cənubi Afrikadan gələn xəbərlər Avropa və Amerikada ictimai fikirdə partlayış törətdi. Albert Eynşteyn, Bernard Şou, Bertran Rassel və başqa ictimai xadimlər hindlilərin müdafiəsinə qalxdılar.

Hökumət geri çəkiləsi oldu. Bir aylıq intensiv danışıqlardan sonra 30 iyun 1914-cü ildə müqavilə imzalandı. Hindlilər üçün alçaldıcı olan irqçi qanunlar ləğv edildi. Mahatma qeyri-zorakı müqavimət yolu ilə irqçilərin dizini yerə gətirdi. Cənubi Afrikada olanda ingilis çinovniklərdən biri Qandiyə etiraf etmişdi: “Mən bəzən arzu edirəm ki, siz zorakılığa əl atasınız. Onda bizə tam aydın olar ki, sizinlə necə davranaq”.

Hindistanda

1915-ci ildə Qandi Hindistana qayıdıb hələ 19-cu əsrdən əsası qoyulan Hind Milli Konqresinin faktiki rəhbəri olur. Bu vaxt Hindistan Britaniyanın müstəmləkəsi idi. Ölkənin bütün sərvətləri talanırdı.

Birinci Dünya müharibəsi zamanı ingilislərin tərəfində vuruşan yüz minlərlə hindli ölmüşdü. Hərbi xərclər ölkənin dizini yerə gətirmişdi. Müharibə illərində aclıqdan və epidemiyalardan 13 milyon nəfər ölmüşdü. Müstəmləkəçiliyə qarşı üsyanlar amansızlıqla yatırılırdı.

Ucuz Britaniya malları qədim sənətkarların bazarını bağlamışdı. 1919-cu ildə Qandi Britaniya mallarının boykotu kampaniyasına başlayır. İngiltərə mallarını almaqdan imtina ilə onların ticarəti iflic edilir. Dinc nümayişlər başlayır. Nümayişçilərin küiləvi güllələnməsi belə bu hərəkatı yatıra bilmir. Qandi vətəndaş itaətsizliyinin orijinal üsullarından istifadə edirdi. Hartal – işin dayandırılması, bandhu – ingilislərə xidmət edən obyektlərin kütləvi bağlanması. Çxerao – bu zaman hindlilər kütləvi şəkildə yolu kəsir və ingilis məmurlara toxunmadan onların işə getməsinə mane olurdular. Adamlar satyaqrahanı unudanda zorakılıq başlayırdı. Belə olanda Qandi inqilabı həmən dayandırırdı. 1919-22-ci ildə ümumhindistan satyaqrahası zamanı belə olmuşdu. Hinlilər hücum edib polis məntəqəsini yandırmışdı. 1930-da isə hindistanlıları dəyənəklə kötəkləyib güllələyəndə hamı onu dinlədi. Heç kəs qisas almadı, şikayət etmədi, amma bir addım da geri durmadı. Bu, ingilisləri aciz duruma saldı, hindliləri isə məğlubedilməz etdi.

“Xilaskar” Stalin

Qandi 1943-cü ildə aclıq edəndə onu Stalin “xilas edib”. Tehran konfransında Stalin Uinston Çörçilin ovqatının pis olmasının səbəbi ilə maraqlanır. Çörçil deyir ki, Mahatma artıq uzun müddətdir ki, türmədə aclıq edir. Həkimlər hesab edir ki, o, yaxın vaxtlarda ölə bilər. Bu isə çox gözlənilməz nəticələr verə bilər. Onda Stalin Çörçilə məsləhət görür ki, məhbusun içdiyi suya qlükoza qatsınlar. Qandinin bundan xəbəri yox idi və daha on gün sağ qaldı. Nəhayət, ingilislər güzəştə getdilər.

“Birtaniya imperiyasının son cəngavəri” Uinston Çörçil onu “alasəy peyğəmbər” adlandırır və ərazisində Günəşin heç vaxt batmadığı imperiyası üçün Hitlerdən daha təhlükəli düşmən sayırdı. Çünki nasistlər Britaniyanın gücünə, lovğalığına, özlərinin müstəsnalığı haqqında hisslərinə qarşı daha böyük güc və lovğalıq qoyurdular. Qandi isə bunlara qarşı satyaqraha – qara qüvvələrə qarşı dinc yola müqavimət fəlsəfəsini qoyurdu. Hitler uduzdu, Qandi qələbə çaldı.

Hindli-müsəlman həmrəyliyi

İngilislər Hindistanın əldən getdiyini görəndə sonuncu vasitəyə – konfessiyalararası ədavətə əl atdılar. Qandi buna yol verməmək üçün əlindən gələni etdi. Hindistanın parçalanması təhlükəsi vardı. Qandi bunu milli fəlakət kimi qəbul edib aclıq elan edir. Hind icmalarının başçıları müsəlmanların təhlükəsizliyinə zəmanət verir. Hind millətçiləri qəzəblənirdi.

Qısa müddətdə yüz minlərlə hindli və müsəlman öldürüldü. Qandi ölkəni qarış-qarış gəzir, birliyə çağırırdı. Hindli-müsəlman qırğını başlayanda o deyir ki, əgər dava dayandırılmasa, özünü öldürəcək. Mahatmanın sonuncu möcüzəsi baş verir: talan və dağıntılar mitinq və Qandi ilə həmrəylik nümayişlərinə çevrilir. Hindlilərlə müsəlmanlar qardaşlaşır, nümayəndələri Qandinin qarşısında and içirlər ki, sülhü qoruyacaqlar. Beləliklə, o, müstəmləkəçiləri sonuncu silahından da məhrum edir. Qandi hindli-müsəlman həmrəyliyi yolunda da öldü. 7 yanvar 1948-ci ildə onu öldürmək üçün əldəqayırma bomba atırlar. Amma Qandi təsadüfən sağ qalır. Nəhayət, 30 yanvar 1948-ci il. Mahatma adəti üzrə ibadət üçün balaca taxta skamyaya yaxınlaşır. O, dua zamanı bura gələr, gülümsəyər, ənənəvi dua üçün əllərini qaldırar, ovuclarını birləşdirərdi. Bu vaxt onun üzərinə hind millətçisi olan bir qatil atılır və üç dəfə atəş açır. Təbəssüm yavaş-yavaş sifətindən silinir, əlləri yanına düşür və bircə kərə “Həmd olsun Allaha” deyə bilir. 79 yaşı vardı.

Qandi qətlə yetiriləndə BMT-nin bayraqları aşağı endirildi. Bütün ölkələrin başçıları, Roma papası, dalay-lama, yüzlərlə müxtəlif konfessiya liderləri başsağlığı göndərdi.

VASİF SADIQLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Yanvar 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see359

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see272

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see228

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see215

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see211

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see208

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see194

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see187

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see181

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see179

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see173

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see169

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see159

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see156

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see155

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see150

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see150

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri